İsveçrə XİN-in prezidentlərin görüşünə dair açıqlaması

İsveçrə XİN-in prezidentlərin görüşünə dair açıqlaması
20:19 19 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü zamanı İsveçrə XİN rəhbəri Didye Bukhalter bildirib.

 

“Federal müşavir  Didye Bukhalter iki ölkə rəhbərləri ilə görüşü zamanı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız ardıcıl danışıqlar yolu ilə nizamlana bilər”, deyə İsveçrə XİN-in məlumatında bildirilir.

 

“İsveçrə XİN rəhbəri tərəfləri dialoqu möhkəmləndirməyə və hər-hansı gərginlik halları və təxribatlardan imtina etməyə çağırıb. Didye Bukhalter qeyd edib ki, Bern ölkə ərazisində görüşlər təşkil edib, ekspertlərin köməyini təklif etməklə dialoqun genişləndirilməsinə yönəlmiş səyləri dəstəkləməyə hazırdır”, deyə məlumatda vurğulanır.   

 

Didye Bukhalter qeyd edib ki, Cənubi Qafqaz İsveçrənin sülh siyasəti sahəsində prioritetləri sırasındadır. “İsveçrə 2014-cü ildə ATƏT-də sədrlik etdiyi dövrdə təşkilat çərçivəsində vasitəçilik formatının saxlanılmasını dəstəkləyib, etimadın möhkəmləndirilməsinə və vətəndaş cəmiyyəti ilə təmasların genişləndirilməsinə yönələn tədbirləri dəstəkləyib”, deyə məlumatda vurğulanıb.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR