Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qalatasaray" azarkeşlərinə yeni vəd

"Qalatasaray" azarkeşlərinə yeni vəd

Date: 19 December 2015 20:22

İstanbulun "Qalatasaray" klubunun prezidenti Dursun Özbək azarkeşlərə şad xəbər verib. 

Milli.Az anspress-ə istinadən bildirir ki, yayda maliyyə problemlərinə görə heyətinə yüksək səviyyəli futbolçular qata bilməyən klub boşluğu qışda dolduracaq.

Dursan Özbək bildirib ki, bu yöndə iş gedir: "Azarkeşlərimizə müjdə vermək istəyirəm. Baş məşqçimiz, İdarə Heyətimiz və skautlarımız ciddi işlər görür. Əskiklərimizi bilirik. Qış fasiləsində bunları aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. İkinci yarıda azarkeşlər tam başqa "Qalatasaray" görəcək".
Türkiyə mətbuatı "Qalatasaray"ın qış transfer zamanı heyətinə üç dünya səviyyəli futbolçunu qatacağını bildirib. Bu məqsədlə futbolçuların menecerləri ilə ilkin razılıq əldə olunub. Oyunçuların adları açıqlanmasada onların tanınmış futbolçular olduğu qeyd olunur.
Milli.Az


Tags:  Qalatasaray azarkeşlərinə yeni vəd

RƏYLƏR


Top news