Tərtərdə növbəti səyyar qəbulun ünvanı Qaradağlı kəndi olub

Tərtərdə növbəti səyyar qəbulun ünvanı Qaradağlı kəndi olub
20:28 19 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Tərtər, 19 dekabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq səyyar qəbul və görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirakı ilə növbəti səyyar qəbul Qaradağlı kəndində keçirilib.
Kənd sakinlərindən Əhməd Mirişov, Şəmsi Qasımov, Yavər Kərimov, Elbrus Sadıqov, Milvari Əliyarova və başqaları yeni il ərəfəsində kəndin təbii qazla təmin etdirilməsinə görə razılıqlarını bildirib, əhalinin həyat şəraitindən və mövcud problemlərdən söz açıblar. Kənddə suvarma suyu ilə təminatın yaxşılaşdırılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, məktəb binasının əsaslı təmirinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Sakinləri dinləyən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonunun sosial-iqtisadi inkişafı, infrastrukturun yaxşılaşdırılması məqsədilə görülən işlərdən danışıb, qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq quruculuq işlərindən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Terterde_novbeti_seyyar_qebulun_unvani_Qaradagli_kendi_olub-912760

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR