Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Salyanda avtomobil aşıb, 1 ailənin 4 üzvü yaralanıb

Salyanda avtomobil aşıb, 1 ailənin 4 üzvü yaralanıb

Tovuzda avtomobil aşıb (21 Mart 2017 14:17)
Bir ailənin 3 üzvü dəm qazının qurbanı oldu - NAXÇIVANDA (07 Mart 2017 12:43)
Bir ailənin 4 üzvü qətlə yetirildi (04 Mart 2017 07:34)

Tarix: 19 Dekabr 2015 20:37

Bakı. 19 dekabr. REPORT.AZ/ Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyanın Dayıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Lerik rayon sakini, 40 yaşlı Azad Cəmil oğlu Ağayev idarə etdiyi "Oka" markalı avtomobil ilə hərəkətdə olarkən, anidən idarəetməni itirib və avtomobil aşıb. Nəticədə sürücü, içəridə olan Lerik rayon sakinləri - 79 yaşlı Arəstə Hidayət qızı Ağayeva, 52 yaşlı Şamama Cəmil qızı Ağayeva və 40 yaşlı Rəna Balamirzə qızı Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra, Bakıda yaşadıqları üçün öz istəkləri ilə paytaxt xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Teqlər:  Salyanda avtomobil aşıb ailənin üzvü yaralanıb



RƏYLƏR


Top xəbərlər