Şahin Mustafayev “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın nümayəndələri ilə görüşüb (FOTO)

Şahin Mustafayev “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın nümayəndələri ilə görüşüb (FOTO)
20:43 19 Dekabr 2015
52 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dünyada baş verən neqativ iqtisadi tendensdiyalara baxmayaraq, Azərbaycan iqtisadiyyatının digər sahələri kimi, sənaye sahəsi də inkişaf edir, potensial daha da gücləndirilir, rəqabət qabiliyyətli məhsul ietahsal edən yeni müəssisələr yaradılır, ixrac imkanları genişləndirilıir.

Belə müəssisələrdən biri də “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın Xırdalan Metal Konstruksiyalar Zavodudur.

Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata əsasən, dekabrın 19-da İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Xırdalan Metal Konstruksiyalar Zavodunda müəssisənin daxil olduğu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın nümayəndələri ilə görüşmüşdür.

Nazir Şahin Mustafayev iqtisadiyyatın diversifikasiyasının və qeyri-neft sektorunun inkişafının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanda son 10 ildə Ümumi Daxili Məhsul istehsalı 3 dəfə, sənaye istehsalı 2,7 dəfə, qeyri-neft sənayesi 1,8 dəfə artmışdır. Azərbaycanda iqtisadiyyatın əsas sahələrindən olan sənayenin inkişafına xüsusi önəm verilir. Təsadüfi deyildir ki, dövlət başçısı tərəfindən ötən il “Sənaye ili” elan olunmuş, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Görülən işlərin nəticəsi olaraq, qeyri-neft sektorunun ÜDM-də payı 70%-ə çatmış, 2015-ci ilin yanvar-noyabr ayları ərzində sənaye 3%, qeyri-neft sənayesi 7,5% artmışdır.

Ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində özəl sektor xüsusi rol oynayır. Prezident İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın stimullaşdırılması və inkişafı üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir. Dövlət başçısının təşəbbüsü ilə sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasına dair Qanunun qəbul olunması, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsinə dair imzalanmış fərmanlar sahibkarlıq sahəsində çox mühüm addımlar olmaqla özəl bölmənin inkişafına böyük təkan verəcəkdir. Artıq lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə verilir ki, bu da sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində və şəffaflığın təmin olunmasında xüsusilə önəmlidir.

Sənayenin ayrı-ayrı sahələrinin inkişafı barədə danışan nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafında “Akkord” şirkətinin uğurlu fəaliyyətini qeyd etmiş, şirkətin tikinti-quraşdırma işləri ilə yanaşı, inşaat sektorunun tikinti materiallarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsində əhəmiyyətli rolunu vurğulamışdır. Yeni fəaliyyətə başlamış Xırdalan Metal Konstruksiyalar Zavodu da qeyri-neft sektorunun inkişafına və ölkəmizin sənaye potensialının güclənməsinə öz töhfəsini verəcəkdir.

10 ildir sənaye və tikinti sahəsində fəaliyyət göstərən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”na sənayenin müxtəlif sahələrində, o cümlədən mərmər-qranit emalı, sement, beton, asfalt, kərpic, metal-konstruksiya və yüngül sənaye sahələri üzrə 39 müəssisəni əhatə edən 15 şirkət daxildir. Korporasiyanın fasad texnologiyaları və plastik qapı-pəncərə istehsalı müəsisələrinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nda 3700-dən çox işçi çalışır. Hazırda Korporasiyanın bir sıra xarici ölkələrdə, o cümlədən Çin, Rusiya, İran, Oman və Küveytdə nümayəndəlikləri yaradılır. Korporasiya xarici ölkələrdə reallaşdırılan və dəyəri 1,5 mlrd. dollar olan layihələrdə iştirak etmək üçün investisiya təklifi ilə çıxış edib. “Akkord”un cari tikinti layihələrinin ümumi dəyəri 901 mln. manatdır.

Şirkət Türkiyədə hər birinin gücü 150 mvt/saat olan 3 elektrik stansiyasının tikintisi ilə bağlı müraciət edib. Bundan başqa, Cənubi Koreyanın “Hyundai” şirkəti ilə birgə İranda elektrik stansiyasının tikintisi, Qətər Əmirliyində sənaye sahəsində həyata keçiriləcək layihələrdə iştirakla bağlı danışıqlar aparılır.

Rəqabət qabiliyyətli məhsul istehsal edən “Akkord” 2016-cı ildə Gürcüstana sement istehsalının əsas komponenti olan 200 min ton klinker ixrac etməyi planlaşdırır.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın yeni yaradılan Xırdalan Metal Konstruksiyalar Zavodu 5,5 hektar ərazidə inşa edilib. Zavod ABŞ, Türkiyə, Almaniya və Finlandiyanın istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Zavod 3 əsas istehsal sexindən - Metal konstruksiya, Metal əritmə və Fasad üzlük istehsalı sexlərindən ibarətdir. Bununla yanaşı, zavodun ərazisində sahəsi 2600 m2 -ə yaxın inzibati bina, laboratoriya, qazanxana, su anbarı, nasosxana və transformator yarımstansiyası inşa edilmişdir.

Müəssisədə müxtəlif növ metal konstruksiyalar, sement zavodları üçün qurğular, dam örtükləri, işıq dirəkləri və s. istehsal edilir. Müəssisə ildə 10 min ton məhsul istehsal etmək gücünə malikdir. Bununla yanaşı, müəssisə layihələndirmə və montaj işlərini də həyata keçirir. Hazırda zavodda 100-ə yaxın şəxs işlə təmin olunmuşdur. Gələcəkdə işçilərin sayının bir növbədə 450 nəfərə çatdırılması nəzərdə tutulur.

Zavodda işçilər üçün hər cür şərait yaradılmışdır. Zavodda işləyənlər üçün tibb məntəqəsi və digər sosial obyektlər istifadəyə verilmişdir. Zavodun müasir tələblərə cavab verən yeməkxanasında işçilər pulsuz yeməklə təmin olunur. Bundan başqa, işçilərin rahat gəliş-gedişi üçün xüsusi nəqliyyat vasitələri ayrılmışdır.

Müəssisənin müasir və geniş Sərgi-Konfrans salonunda “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın istehsal etdiyi məhsullar nümayış olunur. Burada Korporasiyanın ən qabaqcıl texnologiyalara əsaslanan məhsulları ilə tanış olmaq imkanı yaradılmışdır.

Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq yaradılmış Xırdalan Metal Konstruksiyalar Zavodu müasir texnologiya və avadanlıqların tətbiq edildiyi və hazırkı dövrün tələblərinə tam cavab verən iri sənaye müəssisəsidir.

Bizi Twitter-dən izləyin: @trend_az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bazarlarda pomidor ucuzlaşdı -

30 Mart 2017 01:12

Messi günahını boynuna almadı: “Hakimə söyməmişəm”

30 Mart 2017 00:59

“Elektron ipoteka” sistemi “Elektron hökumət”-ə qoşuldu

30 Mart 2017 00:44

SON DƏQİQƏ: Bağdadda partlayış baş verib -

30 Mart 2017 00:42

Bağdadda partlayış: 13 ölü, 40 yaralı

30 Mart 2017 00:39

Türkiyədə klub prezidentinə silahlı hücum

30 Mart 2017 00:34

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər -

30 Mart 2017 00:26

"Yutub"da uşaqlar üçün TƏHLÜKƏLİ VİDEOLAR - Valideynlərə xəbərdarlıq!

30 Mart 2017 00:23

29 yaşlı oğlan bıçaqlandı - Gədəbəydə

30 Mart 2017 00:14

Uşağın immunitetini necə möhkəmləndirək?

30 Mart 2017 00:05

Günün qoroskopu: ən çox qaçdığınız nöqsandan qurtulmaq çətindir

30 Mart 2017 00:05

Böhran zamanı ən yaxşı biznes hansıdır?

29 Mart 2017 23:58

On beş il bar verməyən ağacın meyvəsi

29 Mart 2017 23:57

UEFA prezidenti sözünün üstündə durdu

29 Mart 2017 23:57

Vəzərinin yarpaq və toxumları vitaminlərlə zəngindir

29 Mart 2017 23:57

Türkiyə Suriyada yeni əməliyyat keçirə bilər

29 Mart 2017 23:54

Meşədə qaçan naməlum varlıq kameraya tuş gəldi - ŞOK VİDEO

29 Mart 2017 23:53

Vitamin çatışmazlığının ƏSAS SİMPTOMLARI

29 Mart 2017 23:52

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər. KÜNCÜTün inanılmaz faydaları

29 Mart 2017 23:52

"Daha bir il burada qala bilərəm"

29 Mart 2017 23:52

Maddələr mübadiləsini sürətləndirməyin 10 QIZIL QAYDASI

29 Mart 2017 23:52

Avropa çempionatı:

29 Mart 2017 23:44

Aralarında 5, 10, hətta, 20 yaş fərq var - SİYAHI - FOTO

29 Mart 2017 23:42

Xoşbəxt sevgili olmaq üçün 5 QAYDA

29 Mart 2017 23:42

Müalicəvi zəlinin saxlanılma qaydası

29 Mart 2017 23:42

Yəməndə "Əl-Qaidə" silahlıları məhv edilib

29 Mart 2017 23:42

Azərbaycanda yeni istifadəyə verilən yoldan möhtəşəm görüntü - FOTO/VİDEO

29 Mart 2017 23:38

Limonun inanılmaz faydaları

29 Mart 2017 23:37

Viktoriya bunu ilk dəfə edir

29 Mart 2017 23:32

58 yaşı olsa da, cazibədarlığı heyran etdi - FOTO

29 Mart 2017 23:32

Yerfındığının faydaları

29 Mart 2017 23:32

Hamilə qalmaq istəyənlər içsin - XÜSUSİ RESEPT

29 Mart 2017 23:32

"Yuventus"un futbolçusu üçün mövsüm bitdi

29 Mart 2017 23:32

Trampın reytinqi düşməyə davam edir -

29 Mart 2017 23:26

Ürək üçün faydalı, həyat üçün zəhərli

29 Mart 2017 23:22

AÇ-2017: İkinci gün 1 qızıl və 2 bürünc medal qazandıq

29 Mart 2017 23:22

Trampa dəstək reytinqi antirekord vurdu

29 Mart 2017 23:19

Türkiyə "Fərat qalxanı" əməliyyatının başa çatdığını bəyan edib

29 Mart 2017 23:12

Banka borcu var idi, intihar etdi

29 Mart 2017 23:12

Təsir gücü bitkilərdən də üstün olan göbələklər

29 Mart 2017 23:12

Heyvanlar da yuxu görür?

29 Mart 2017 23:12

Sabiq turizm naziri həbs olundu - FOTO

29 Mart 2017 23:08

Dodaqlarda yaşayan qorxunc virus

29 Mart 2017 23:05

Banka borcu olan kişi özünü öldürdü - Şəkidə

29 Mart 2017 23:04

"Runi "Mançester Yunayted"dən ayrılmaq istəsə, onun qərarına hörmət etməliyik" -

29 Mart 2017 22:58

Bu reyslərdə planşet və noutbuklara icazə verildi

29 Mart 2017 22:57

Ağcabədidə 13 yaşlı məktəbli qızı qaçırdılar - CİNAYƏT

29 Mart 2017 22:53

Sağlam və parlaq saçlar üçün YUMURTA MASKASI

29 Mart 2017 22:52

Colidən növbəti xeyirxah addım

29 Mart 2017 22:52

Hava limanına Ronaldonun adı verildi - FOTO

29 Mart 2017 22:43