Çində təmiz hava satmağa başlayıblar

Çində təmiz hava satmağa başlayıblar
20:48 19 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 noyabr, AZƏRTAC
Kanadanın “Vitality Air” şirkəti çinlilərə təmiz hava doldurulmuş balonlar satmağa başlayıb.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, Çin son vaxtlar havanın çirklənməsindən ciddi əziyyət çəkir: sağlamlıq üçün təhlükəli zərrəciklər normadan 20 dəfə çoxdur.
“Vitality Air” şirkəti çinlilərə problemin orijinal həllini - Britaniya Kolumbiyasından (Kanada) tutmuş Nyu-Meksikoya (ABŞ) qədər uzanan Qayalıq dağların təmiz havası doldurulmuş balonlar almağı təklif edir.
Balonun biri 7,7 litr hava tutur və mineral sudan 50 dəfə baha qiymətə - 15 dollara satılır. Kanadalılar inandırırlar ki, hər hava balonu bilavasitə Qayalıq dağlarda özü də mütləq əl ilə doldurulur.
“Vitality Air” məhsulları məşhurlaşır. Hava doldurulmuş balonların birinci partiyası (500 balon) cəmi 4 günə satılıb. Kanadalılar artıq dörd min balondan ibarət ikinci partiyanı da Çinə göndəriblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHinde_temiz_hava_satmaga_baslayiblar-912763

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR