Bəşər Əsəd bu dəfə kilsəyə getdi (FOTO)

Bəşər Əsəd bu dəfə kilsəyə getdi (FOTO)
20:51 19 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Suriya prezidenti Bəşər Əsəd Milad bayramı ərəfəsində Dəməşqdə kilsəni ziyarət edib.

ANS PRESS-in məlumatına görə, ölkə başçısı kilsəyə həyat yoldaşı Əsma Əsədlə gedib. Kilsədə olan prezident burada camaat və kilsə keşişi ilə həmsöhbət olub.

Qeyd edək ki, Suriya prezidentinin ölkədən qaçması və ailəsinin İrana getməsi ilə bağlı yayılan xəbərlərdən sonra Bəşər Əsəd Suriyada görünməyə başlayıb.

Ötən il ölkə başçısı Dəməşqdəki Əl-Hamad məscidində keçirilən əhya gecəsində ictimaiyyətin önünə çıxıb. O, Qurban bayramında Dəməşqdəki bir məsciddə yüzlərlə adamla birlikdə bayram namazı qılarkən görüntülənib.


Bəşər Əsəd Dəməşqdəki Əl-Hamad məscidində

Bəşər Əsəd Dəməşqdəki Əl-Hamad məscidində


Bundan başqa, bu ilin oktyabrın 21-də də Suriya prezidenti Bəşər Əsəd Moskvaya səfər edib. Moskvada Rusiya prezidenti Vladimir Putinlə Bəşər Əsəd arasında görüş keçirilib. Görüş zamanı Rusiyanın Suriyada keçirdiyi əməliyyatların davam etdirməsi müzakirə edilib.


Vladimir Putin və Bəşər Əsəd görüşü


Əsədin qəfil Moskvaya gəlməsi artıq onun özünə nə qədər inanmasından xəbər verir. Çünki Suriyada başlayan vətəndaş müharibəsindən bu günə kimi prezident bir dəfə də olsun, Dəməşki tərk etməyiblər.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367699

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR