Sumqayıtda dramatik qarşılaşma (VİDEO,FOTO)

Sumqayıtda dramatik qarşılaşma (VİDEO,FOTO)
21:01 19 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün iki oyunla Azərbaycan Premyer Liqasında II dövrənin sonuncu - XVIII tura start verilib.

ANS PRESS-in məlumatına görə, tura "Sumqayıt" - "Rəvan" oyunu ilə start verilib.

6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3. Hesabı 13-cü dəqiqədə meydan sahiblərindən Amil Yunanov açıb. "Rəvan" buna 27-ci dəqiqədə Şerif Sumanın qolu ilə cavab verib. 34-cü dəqiqədə dublunu rəsmiləşdirən Amil Yunanov komandasını yenidən hesabda önə keçirsə də, Ruslan Tağızadə bir dəqiqə sonra bərabərliyi təmin edib. 74-cü dəqiqədə Emin Mehdiyev meydandan qovulub və "Rəvan" penalti qazanıb. 11 metrlik cərimə zərbəsini Ramazan Abbasov dəqiq yerinə yetirib. "Sumqayıt"ın bərabərlik aхtarışı 90+5-ci dəqiqədə nəticə verib. Mikayıl Rəhimovun qolu matçın yekun nəticəsini müəyyənləşdirib. Bununla "Sumqayıt" məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb.



Oyundan epizod

Günə "Qarabağ" - "Qəbələ" oyunu ilə yekun vurulub. Avropa Liqasının qrup mərhələsində iştirak etmiş komandaların duelində yenə qailb müəyyənləşməyib. I turda 2:2 hesablı heç-heçəyə razılaşan komandaların bu dəfəki duelində iki qol vurulub - 1:1. Hesabı 4-cü dəqiqədə Ermin Zets açıb. "Qarabağ" buna 79-cu dəqiqədə Əfran İsmayılovun qolu ilə cabav verib. Bununla da "Qarabağ" ardıcıl 3 turda heç-heçə oynayıb.

Qeyd edək ki, turun qalan 3 oyunu sabah keçiriləcək. Bununla da Premyer Liqada qış fasiləsi başlayacaq.



Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XVIII tur

19 dekabr
Sumqayıt - Rəvan 3:3
Qollar: Amil Yunanov, 13; 34. Mikayıl Rəhimov, 90+5 - Şerif Suma, 27. Ruslan Tağızadə, 35. Ramazan Abbasov, 75-pen.

Qarabağ - Qəbələ 1:1
Qollar: Əfran İsmayılov, 79 - Ermin Zets, 4.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR