Obamadan rəqiblərinə neft zərbəsi

Obamadan rəqiblərinə neft zərbəsi
21:21 19 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarında ucuzlaşan neft qiymətlərinə ABŞ verdiyi qərarla daha bir zərbə vurdu.

ANS PRESS-in məlumatına görə, prezident Barak Obama ABŞ neftinin xaricə satılmasına qoyulan qadağanı ləğv edib.

Hazırda neftin qiyməti kəskin şəkildə ucuzlaşmaqda davam edir. “Brent” markalı neftin bir bareli dünya bazarlarında ötən gün 37,22 dollara satılırdısa, bu gün bir az da ucuzlaşaraq 36,88 dollar olub. “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,68 dollar ucuzlaşaraq 37,76 dollar təşkil edib.

Bundan əvvəl OPEC ölkələrinin neft hasilatını azaltmayacaqları barədə qərarı, Rusiya və digər enerji təşkilatlarının neftlə bağlı açıqlamaları “qara qızıl”ın qimətini kəskin azaldır.

Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri Elnur Sultanovun sözlərinə görə, Obamanın bu qərarı dünya bazarında neftin qiymətinin ucuzlaşmasına o qədər də böyük təsir göstərməyəcək.

“5 il əvvəl ABŞ-da müasir texnalogiyalardan istifadə etməklə şist neftinin və qazının hasilatına start verildi. Bu texnalogiyanın tətbiqindən sonra ABŞ hər il 1 milyon barel əlavə neft istehsal etməyə başladı. Hazırda ABŞ-ın illik neft ehtiyacı 20 milyon barelə yaxındır. Bu neftin 12 milyon barelini daxildə istehsal etdiyi halda, 7-8 milyon barelini xaricdən alır. Amma 5 il əvvəl bundan daha artıq neft alırdı. ABŞ hələ də neft idxalatçısıdır. Bu ölkənin neft satışından qadağanı götürməsi dünya bazarında neftin miqdarını artırmayacaq. Qərar yalnız müəyyən müddət psixoloji ucuzlaşma ilə nəticələnəcək ”.


Elnur Sultanov - Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri



E.Sultanov bildirdi ki, belə hal Səudiyyə Ərəbistanında baş versəydi, o zaman neft qiymətlərində kəskin dəyişiklik baş verərdi: “Çünki Səudiyyə Ərəbistanı ildə 10 milyon barel neft istehsal edir. Hasil olunan neftin 2-3 milyon bareli ölkədə istehlak edilir. Belə bir ölkə ABŞ kimi qərar qəbul etsəydi, dünyada neft artıqlığı yaranardı və nəticədə qiymətlər ucuzlaşardı”.



ABŞ-ın dünya neft bazarını psixoloji cəhətdən silkələyən qadağası 1975-ci ildən qüvvədə idi. Neft satışına qadağa 1973 –cü ildə baş verən İsrail – Ərəb müharibəsindən sonra tətbiq edilir. Müharibə davam etdiyi bir vaxtda ABŞ İsraili müdafiə edərək onu məğlubiyyətdən xilas edib. Həmin vaxt ərəb dövlətləri ABŞ-ın bu addımına qarşılıq vermək üçün ölkəyə neft ixracını dayandırdı. 1975–ci ildə isə ABŞ ölkədə hasil olunan neftin xaricə çıxarılmasına qadağa qoyub ki, neft qıtlığı yaranmasın.

1975-ci ilə kimi neftin dünya bazarında qiyməti 10 dollar ətafında dəyişib. Amma həmin vaxtdan neftin qiyməti yüksələn xətt üzrə qalxdı. ABŞ-ın bu qadağanı ləğv etməsi onun iqtisadi gəlirlərinə də elə bir ciddi təsir göstərəcəyi ehtimal olunmur.


Hazırda Ərəb ölkələrindən Avropaya neft və neft məhsulları bu yolla daşınır


Ona görə ki, ən böyük neft istehlakçılarından olan Avropa dövlətləri Afrika və ərəb ölkələrindən neft ixrac edir. Bu ixracat marşrutu Avropa dövlətləri üçün çox qısa və sərfəlidir. Amma ABŞ neftinin Avropaya ölkələrinə daşınmasına , hər barel üçün əlavə üç dollar xərclənməlidir.

Yəqin ki, ABŞ-ın bu psixoloji qərarının arxasında elə nefti bir az da ucuzlaşdırmaq dayanır. Çünki neftin ucuzlaşması onun rəqiblərinin də zəifləməsi deməkdir.


ABŞ Avropaya neft və neft məhsullarını bu yolla daşıya bilər


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR