"Miss Spain" gözəllik müsabiqəsinin qalibi, 23 yaşlı model Mireyüa Lalaquna Çində keçirilən "Miss World 2015" gözəllik müsabiqəsində bütiün rəqiblərini geridə qoyub.
Milli.Az The Telegraph-a istinadən bildirir ki, "Dünya gözəli" tacını alandan sonra M.Lalaquna deyib: "Sadəcə, zahirən gözəl olmağım heç də batinimin gözəl olması demək deyil".
Rusiya təmsilçisi Sofiya Nikitçuk 2-ci, İndoneziya gözəli Mariya Harfanti isə 3-cü yeri tutublar.
Milli.Az