“Qarabağ – “Qəbələ” matçında qalib müəyyənləşməyib

“Qarabağ – “Qəbələ” matçında qalib müəyyənləşməyib
21:23 19 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Qarabağ” və “Qəbələ” komandaları qarşılaşıb. Turun mərkəzi oyununda qalib müəyyənləşməyib – 1:1.
AZƏRTAC xəbər verir ki, oyunda hesabı “Qəbələ” komandası açıb. Ermin Zets 4-cü dəqiqədə komandasını hesabda irəli çıxarıb. Lakin görüşün 79-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Əfran İsmayılov oyunda tarazlığı bərpa edib. Bununla da matç 1:1 hesabı ilə yekunlaşıb.
Beləliklə, xallarının sayını 38-ə çatdıran ağdamlılar turnir cədvəlində liderliyi davam etdirirlər. “Qəbələ”nin hesabında isə 28 xal var.
Tura dekabrın 20-də keçiriləcək üç oyunla yekun vurulacaq. AZAL “Zirə”ni, “Kəpəz”isə Gəncədə “Neftçi”ni qəbul edəcək. Günün sonuncu oyununda isə “Xəzər Lənkəran” Bakıda “İnter”in qonağı olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qarabag___Qebele_matchinda_qalib_mueyyenlesmeyib-912770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR