Qəbələ IV Beynəlxalq incəsənət sərgisinin açılışı olub

Qəbələ IV Beynəlxalq incəsənət sərgisinin açılışı olub
22:08 19 Dekabr 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Azyaşlı istedadlar qonaqları heyrətə saldı – FOTOSESSİYA (13 İyun 2017 14:44)
Azərbaycan rəssamlarının əsərləri Parisdə beynəlxalq sərgidə nümayiş olunur (10 İyun 2017 10:17)
Azərbaycanın məşhur Venesiya Biennalesi çərçivəsində öz pavilyonunu açacaq (01 May 2017 12:02)

Bakı. Trend:

Azərbaycan Mədəniyyət Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə dekabrın 19-da Qəbələ IV Beynəlxalq incəsənət sərgisinin açılışı olub.

Bu il Azərbaycanda ilk dəfə keçirilmiş birinci Avropa Oyunlarına həsr edilən “İdman, gözəllik və həyat” mövzusundakı sərgidə dünyanın 19 ölkəsini - Azərbaycan, Almaniya, Belarus, Çexiya, Estoniya, Gürcüstan, Koreya, Qazaxıstan, Latviya, Meksika, Monteneqro, Özbəkistan, Pakistan, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və Yunanıstanı təmsil edən 112 rəssamın 137 əsəri nümayiş etdirilir.

Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan sərginin açılış mərasimində “Azərbaycan dövlətçiliyi və mədəniyyət” sənədli filmi nümayiş olunub. Mərasimdə çıxış edən SEBA-nın sədri Ruhəngiz Heydərova hər il keçirilən bu tədbirin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Ruhəngiz Heydərova sərginin mədəniyyətimizin genişmiqyaslı təbliği istiqamətində reallaşdırılan layihələrin davamı olduğunu bildirib, tədbirin keçirilməsinə yaxından kömək göstərən Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlıq edib. SEBA-nın 10 illik fəaliyyəti dövründə gördüyü işlərdən danışan Ruhəngiz Heydərova bildirib ki, ötən ildəki sərgi ilə müqayisədə builki tədbirdə iştirak edən rəssamların, onların təmsil etdiyi ölkələrin sayının artması dünyada bu layihənin ideyasına olan maraqdan xəbər verir. Bu, eyni zamanda, Azərbaycana, incəsənətimizə olan diqqətin daha bir göstəricisidir. O cümlədən bu tədbir Azərbaycanla müxtəlif ölkələr arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə şərait yaradır.

Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sərgi iştirakçılarına təbrik məktubunu oxuyub. Anar Ələkbərov ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə verdiyi dəyər, rəssamlıq və heykəltaraşlıq sənətinin inkişafı ilə bağlı gördüyü işlərdən, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəni irsimizin qorunub saxlanılması, mədəniyyətimizin, incəsənətimizin, musiqimizin dünyaya tanıdılması sahəsindəki xidmətlərindən danışıb.

Gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan, Rusiya və SSRİ Xalq Rəssamı, akademik Tahir Salahov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq Gyu, Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov, Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov çıxış edərək Qəbələ Beynəlxalq incəsənət sərgisinin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri olduğunu vurğulayıb, bu incəsənət bayramının ənənəvi olaraq keçirilməsini arzulayıblar. Onlar rəngarəng sənət əsərlərinin nümayiş olunduğu bu sərginin qonaqların yaddaşında daim qalacağına, Qəbələnin gözəl və füsunkar təbiətinin rəssamlar üçün ilham mənbəyi olacağına ümid etdiklərini bildiriblər.

Çıxışlardan sonra sərginin açılışını bildirən rəmzi qırmızı lent kəsilib və rəsm əsərlərinə baxış keçirilib. Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında xoş təəssürat yaradıb. Mütəxəssislər sərginin peşəkarcasına təşkil olunduğunu bir daha qeyd ediblər. Sərgi iştirakçısı olan rəssamlara sertifikat təqdim olunub. Sərgidə nümayiş etdirilən əsərlərin əksəriyyətinin satışı nəzərdə tutulur.

Sərginin açılışında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Milli Məclisin sədr müavini Bahar Muradova, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Açılış mərasiminin iştirakçıları arasında dünya şöhrətli aktyor və rejissor Stiven Siqal da olub.

Beynəlxalq sərgi 2016-cı il yanvarın 7-dək davam edəcək.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

SOCAR prezidentinin müşaviri dünyasını dəyişib

23 İyun 2017 07:47

Narazı qalan müəllimlərə növbəti şans veriləcək

23 İyun 2017 07:43

Hərbi vertolyot qəzaya uğradı

23 İyun 2017 07:43

İnzagi Albaniya millisini çalışdıra bilər

23 İyun 2017 07:42

Sabiq milyonçu 20 ildir kimsəsiz adada tək yaşayır - VİDEO

23 İyun 2017 07:37

IX və XI sinif şagirdləri imtahan verir

23 İyun 2017 07:34

Bu gün Formula 1 üzrə Azərbaycan Qran Prisi start görürəcək

23 İyun 2017 07:32

Kömür və qrafitlə çəkilən əsərlər - FOTO

23 İyun 2017 07:32

​Dünyanın ən gözəl ördəyi – Mandarinka

23 İyun 2017 07:30

Ayaqlarına görə iş tapa bilməyən model

23 İyun 2017 07:24

Bu qadın qocalmır - FOTO

23 İyun 2017 07:22

Cənubi Koreya sabiq prezidentinin rəfiqəsi 3 il müddətinə həbs edilib

23 İyun 2017 07:17

"Mənə niyə bu cür yanaşırlar?"

23 İyun 2017 07:17

Venesuelada etiraz aksiyalarında ölənlərin sayı 75-ə çatıb

23 İyun 2017 07:15

İlanı burnundan salıb ağzından çıxartdı - DƏHŞƏTLİ VİDEO

23 İyun 2017 07:13

Bu universitetdə qızlar və oğlanlar eyni tualetdən istifadə edir - FOTO

23 İyun 2017 07:12

Evdə kartof çipsi bişirməyin QAYDASI

23 İyun 2017 07:05

Ərəb ölkələri Qətərdən İranla əlaqələri kəsməyi və Türkiyə bazasını bağlamağı tələb edir

23 İyun 2017 06:47

Yataqda tərəf müqabilinizi TANIYIN - 10 maraqlı seksual FAKT - FOTOLAR

23 İyun 2017 06:38

Qvatemalada 6,8 bal gücündə zəlzələ olub: 4 yaralı

23 İyun 2017 06:36

Unikal hərəkətlər edən uşaqlar - FOTO

23 İyun 2017 06:32

Telman İsmaylovun ABŞ-dakı obyektinə həbs qoyuldu

23 İyun 2017 06:24

"Liverpul" 42 milyon avroya Məhəmməd Salahı alıb

23 İyun 2017 06:15

​Qum necə yaranır?

23 İyun 2017 06:10

Telefonlar sidiklə enerji yığacaq - ŞOK KƏŞF - FOTO

23 İyun 2017 06:08

Ərəb ölkələrinin tələbi Qətərə təqdim olunub

23 İyun 2017 05:57

Ronaldu 14,7 mln. avro vergi ödəmək istəmir

23 İyun 2017 05:49

Bakıda qadın küçədə naməlum şəxslər tərəfindən döyüldü

23 İyun 2017 05:33

Ön planda qadın dodaqlarıdır - FOTO

23 İyun 2017 05:32

Ulduz futbolçuya 8 oyunluq cəza

23 İyun 2017 05:24

İspaniya sahillərində sutka ərzində 400-dən artıq miqrant xilas edilib

23 İyun 2017 05:22

Qaraçuxurda gənc qız bıçaqlandı

23 İyun 2017 05:08

​Tülkülər barəsində bildiklərimiz və bilmədiklərimiz

23 İyun 2017 05:05

Rusiya və Türkiyə hərbçiləri İdlibə nəzarət edəcək

23 İyun 2017 05:04

Bakıda intihara cəhd hadisəsi baş verib

23 İyun 2017 05:02

Pirallahıda yük maşını yaşlı qadını vurdu

23 İyun 2017 04:43

Məşhur brendlərin fərqli görüntüləri - FOTO

23 İyun 2017 04:32

Şimali Koreya yenə raket buraxdı

23 İyun 2017 04:23

Əri tərəfindən döyülən qadın kəllə-beyin travması alıb -

23 İyun 2017 04:15

Moskva və Vaşinqton yeni sanksiyaları müzakirə etdi

23 İyun 2017 04:14

Benzinin əvəzləyicisi tapıldı

23 İyun 2017 04:09

Polşaya məxsus hərbi vertolyot İtaliyada qəzaya uğrayıb

23 İyun 2017 04:07

BMT-dən qeyri-adi hesabat:

23 İyun 2017 03:53

QHT-lərə Dövlət Dəstəyi Şurası Balakən və Zaqatalada seminar keçirib (FOTO)

23 İyun 2017 03:50

Xaçmaz sakinlərinin su problemi - Heyvanlarla insanlar eyni yerdən su içir - FOTO/VİDEO

23 İyun 2017 03:48

Rəssam yumurtlayan toyuq oldu - FOTO

23 İyun 2017 03:32

Mayk Pens: Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb

23 İyun 2017 03:29

Bakıda mənzilə basqın: 1 nəfər öldürülüb, 2 nəfər yaralanıb

23 İyun 2017 03:14

Qadını TIR vurdu

23 İyun 2017 02:39

Astroloji proqnoz -

23 İyun 2017 02:33