"Saxo Bank": Neftin qiyməti Azərbaycan manatına təzyiq edir

"Saxo Bank": Neftin qiyməti Azərbaycan manatına təzyiq edir
22:08 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov – Trend:

2016-cı ildə Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini kəskin artırması məzənnənin tənzimlənməsi ilə əlaqədar FES-in siyasərtinə istiqamətlənmiş Azərbaycan üçün qəbuledilməzdir. Bunu Trend-ə “Saxo Bank”ın Strategiyalar şöbəsinin müdiri Con Hardi deyib.

Onun sözlərinə görə, FES-in faiz dərəcələrini artırmasının Azərbaycan manatına təsiri ilk növbədə faiz dərəcələrinin artım tempindən və neftin qiymətlərindən asılı olacaq: “Manat artıq hazırda növbəti devalvasiya təhlükəsi altındadır, çünki ötən devalvasiyadan sonra neftin qiymətləri xeyli azalıb. Bu təzyiq neftin qiymətləri artsa, zəifləyə bilər, lakin 2016-cı ildə faiz dərəcələrinin artımı çox güman ki, Azərbaycan üçün qəbuledilməz olacaq”.

C.Hardi qeyd edib ki, Azərbaycan 2016-cı ildə milli valyutanın daha böyük devalvasiyasına hazırlaşmalıdır: “Yəqin ki, bu devalvasiya 2014-cü ilin sonu 2015-ci ilin əvvəlindəki miqyasda olmayacaq, çünki neftin qiymətləri 2016-cı ilin əvvəlində özünün minimum səviyyəsinədək düşəcək”.

Qeyd edək ki, dekabrın 16-da ABŞ Federal Ehtiyat Sistemi (FRS) dolların baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırdı.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2471645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR