Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

BMW i5 dəstək gözləyir - FOTO

BMW i5 dəstək gözləyir - FOTO

Date: 19 December 2015 22:17

BMW marketinq şöbəsinin əməkdaşı Yen Robertson Auto Express dərgisinə "i" subbrendinin gələcək inkişaf planları barədə məlumat verib. Onun sözlərinə əsasən rəssam kompüter vasitəsilə nəzərdə tutulan i5 krossoverinin şəklini hazırlayıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, əvvəllər BMW qərargahından sızan məlumatlara əsasən, hamı 5-Series platformasında i5 indeksli sedan hazırlanacağı və bazarda Tesla Model S avtomobilinə rəqib olacağını düşünürdü. Lakin, sonradan fikirlər dəyişdi, məlum oldu ki, i5 krossoverdir və bu yaxınlarda təqdim edilən Tesla Model X-a başağrısı olacaq. Təəssüf ki, yeni model barədə ətraflı məlumat verilməyib, bununla belə, avtomobilin 320 km/saat yürüş ehtiyatına sahib tam elektrik versiyada hazırlanacağı məlumdur. 

Elektrikli avtomobillər seqmentinin ümumi vəziyyəti barədə də məlumat verən cənab Robertson qeyd edib ki, əsasən Norveç, Böyük britaniya və Amerikanın Kaliforniya ştatında daha çox elektromobil satılır. Bununla yanaşı o bildirib ki, BMW i3 modelinin Amerika bazarındakı satışlarında artıq bir neçə aydır azalma müşahidə olunur. Özəlliklə noyabr ayında azalma oktyabrla müqayisədə 26,7% daha çoxdur. Bunun bir neçə səbəbi var: benzinin qiymətinin gözlənilmədən düşməsi, elektromobillərin baha qiymətə satılması, kiçik yürüş məsafəsi və batareyaların gec dolması. Yalnız satış üçün dövlət subsidiyaları və şəhərdə pulsuz park yerləri kimi həvəsləndirici elementlər istehlakçının diqqətini elektromobillərə cəlb edə bilər. 

BMW şirkəti bununla bağlı alman hakimiyyətindən konkret tədbirlər gözləyir. Almaniyda bu barədə artıq çoxdan danışılır, lakin konkret qanun layihəsinin son günlərdə - Parısdə keçirilən iqlim sammitindən sonra inkişaf etdirilməsinə qərar verilib. 

Milli.Az




Tags:  BMW i5 dəstək gözləyir FOTO

RƏYLƏR


Top news