Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putin: "Rus dilində söyüşmələri yaxşıdır" - VİDEO

Putin: "Rus dilində söyüşmələri yaxşıdır" - VİDEO

Date: 19 December 2015 22:32

Rusiya prezidenti Vladimir Putin Ukraynanın daxili işlər naziri, erməni əsilli Arsen Avakov və Odessanın gürcü qubernatoru Mixail Saakaşvili arasında Kiyevdə islahatlar şurasında baş vermiş sözləşməni tragikomediya adlandırıb.
Milli,Ax oxu.az-a istinadən bildirir ki, Putin bu barədə Vladimir Solovyovun "Miroporyadok" ("Dünya nizamı") verilişində bildirib.

"Rus dilində söyüşmələri yaxşıdır. Yaxşı ki, gürcü yaxud osetin dilində dalaşmayıblar. Lakin bu, çox gülməlidir, bir növ tragikomediyadır", - deyə, Putin bildirib.

Dekabrın 18-də Avakovun Saakaşvilini məhkəməyə verdiyi bildirilirdi.

Baş vermiş hadisəni şərh edən Ukrayna prezidenti Pyotr Poroşenko Odessa qubernatorunun tərəfini saxlayıb. Dövlət başçısı "kobud söyüş və təhqirləri", həmçinin "Ukraynadan rədd ol" ifadəsini yolverilməz adlandırıb.

Avakov və Saakaşvili arasında münaqişə dekabrın 18-də baş verib.

Siyasətçilər bir-birlərini rüşvətxorluqda ittiham ediblər, DİN başçısı isə qubernatora bir stakan su atıb.

Bu zaman onların hər ikisi rus dilində danışıblar. Sonradan Avakov bu mübahisənin videosunu Facebook-dakı səhifəsində yerləşdirib.
Milli.Az


Tags:  Putin Rus dilində söyüşmələri yaxşıdır VİDEO



RƏYLƏR


Top news