Formula I Avropa Qran Pri yarışmasına geriyə sayımın başlanması münasibətilə konsert və atəşfəşanlıq olub (FOTO)

Formula I Avropa Qran Pri yarışmasına geriyə sayımın başlanması münasibətilə konsert və atəşfəşanlıq olub (FOTO)
23:08 19 Dekabr 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2016-cı ildə Bakıda keçiriləcək Formula I Avropa Qran Pri yarışmasına bilet satışının və geriyə sayımın başlanması münasibətilə bu gün Dənizkənarı Milli Parkda möhtəşəm tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir çərçivəsində xüsusi şou və konsert proqramı olub.

Sonda atəşfəşanlıq təşkil edilib.

Qeyd edək ki, Bakıda Formula I Avropa Qran Pri yarışması iyunun 17-də başlayacaq.

Yarış keçiriləcək umumi tras 6 km olacaq. Yarış maşınları 51 dəfə həmin trası yarış zamanı keçəcək. Həmin trasda 20 döngə var. Tras Bakının maraqlı yerlərindən keçir, o cümlədən Dənizkənarı Milli Parkdan, İçərişəhər ətrafından keçəcək. Yarışlar zamanı maşınların sürəti 340 km qədər çatacaq. 30 minə qədər bilet satılacaq. Biletlərin qiymətləri müxtəlifdir. Azərbaycan vətəndaşlarına biletlərin qiymətlərində 40 faizə qədər endirim ola bilər. Minimum biletin qiyməti 19 AZN olacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2471720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR