Həcc ziyarətinin qaydaları SƏRTLƏŞDİ

Həcc ziyarətinin qaydaları SƏRTLƏŞDİ
23:17 19 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyi zəvvarların yerləşdirilməsi və Həcc ziyarətinə gedən müsəlmanlara xidmət göstərən şirkətlər üçün lisenziya verilməsi qaydalarını sərtləşdirib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) verilən məlumata görə, nazirlik bu şərtlərin pozulacağı təqdirdə Həcc-operatorlarının işinin dayandırılması və maliyyə sanksiyaları da daxil olmaqla müxtəlif cəzalar tətbiq edəcəyini açıqlayıb.

Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyi artıq Azərbaycan da daxil omaqla Həcc ziyarəti təşkil edən bütün ölkələrə rəsmi şəkildə müraciət edib. "Bu məsələdən xəbərdarıq. Artıq bizim də səlahiyyətli nümayəndəmiz Səudiyyə Ərəbistanına dəvət alıb. Görüş yanvar ayının əvvəllərində baş tutacaq, tarixi onlar müəyyənləşdirəcəklər. Bizdə olan məlumata görə, Həcc ziyarətinin yeni qaydalarla təşkili orada qərara alınacaq. Yəni Həcc ziyarətinin qiyməti, ziyarətə gələnlərin sığortası, yerləşdirilməsi - bütün bu qaydalar yenilənəcək və yekunda protokol imzalanacaq. Heç şübhəsiz, bütün dövlətlər kimi biz də bu protokolla tanış olub qərar verəcəyik", - deyə QMİ-dən bildiriblər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR