İndiki dövrün ən gəlirli biznesi

İndiki dövrün ən gəlirli biznesi
23:31 19 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Çində havanın çirkliliyi bəzi biznes həvəskarlarını hərəkətə gətirib. Kanadalı iki gənc çinlilərə təmiz hava satmağa başlayıb.

ANSPRESS-in SNN-ə istinadən verdiyi məlumata görə, ”Vitality air” (“Təmiz hava”) adlı şirkət yaradan kanadalı gənclər bundan yararlanmağa başlayıb. Moses Lam adlı şirkət təsisçisi bildirib ki, onlar ilk mərhələdə Banff əyaləti yaxınlığındakı dağda 500 qaba təmiz hava dolduraraq Çinə gətirib və iki həftə ərzində satıblar.


Dəmir qutulara qablaşdırılan təmiz havanın qiyməti isə qabın həcmindən asılı olaraq 14 dollardan 20 dollara qədər dəyişir. ”Vitality air” şirkətini yaradanlar əvvəlcə bu işə zarafat məqsədilə başladıqlarını etiraf ediblər. Amma havanın həqiqətən alındığını görəndən sonra bu işə ciddi yanaşmağa başlayıblar.




Moses Lam - Təmiz hava satan şirkətin təsisçisi


İndi onlar çinlilərə satmaq üçün daha 4000 qutuluq təmiz hava satışa çıxarmağa hazırlaşır. Amma bu işdə yalnız əl əməyindən istifadə etdiklərini və bunun üçün hər gün 10 saat vaxt lazım olduğunu qeyd ediblər. “Bu, çox vaxt aparan işdir. Çünki hər bir qutu əllə doldururlur. Biz istəyirik həqiqətən təmiz hava sataq. Hansısa texnikadan istifadə etmək istəmirik” deyə Moses Lam bildirib.



Təmiz hava doldurulan qutu


Çinli alimlər isə hava dolu qutuların alınması ilə ölkənin çirkli hava probleminin həll edilməyəciyini bildiriblər.


Bu yaxınlarda Çinin şərq bölgəsində də bir restoran müştərilərindən yemək pulundan əlavə, təmiz hava üçün də ödəniş alırdı. Jiangu vilayətinin Zhangjiagang şəhərindəki restoran içəridəki havanın təmizlənməsi üçün filtrasiya sistemi quraşdırmış və bunun haqqını isə restorana gələnlərdən alırdı. Havanın təmizliyinə görə müştərilərin hesabına 1 yuan (0.15 dollar) əlavə edilirdi. Restorandan şikayət edən müştərilər bunun doğru olmadığını, havanın satıla bilməyəcəyini deyərək şikayət etmişdilər.

Bir milyarddan çox əhalisi olan Çində hava çirkliliyi təhlükəli həddə çatıb. Hətta bəzi bölgələrdə görüş məsafəsi 100 metrdən belə az olur.

Təkcə bu ilin dekabr ayı ərzində Çinin paytaxtı Pekində havanın çirklənməsi səbəbi ilə ikinci dəfə “qırmızı xəbərdarlıq” elan edilib. Çində hava çirklənməsinin səviyyəsini ölçən 4 müxtəlif rəngdə xəbərdarlıq mövcuddur. Bunlar çirkliliyin səviyyəsinə uyğun olaraq mavi, sarı, narıncı və ən güclüsü isə qırmızı rəngli xəbərdarlıqdır.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR