Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Qolu kimin vurmasından asılı olmayaraq sevinəcəkdim"

"Qolu kimin vurmasından asılı olmayaraq sevinəcəkdim"

Date: 19 December 2015 23:37

Sabah “Kəpəz” Gəncədə “Neftçi”ni qəbul edəcək. Oyun öncəsi “sarı-göylər”in futbolçusu Şəhriyar Rəhimov klubun rəsmi internet saytına açıqlamalar verib. Rəhimov əvvəlcə XIIV turda “Xəzər Lənkəran” səfərində qazanılan qələbəyə toxunub:  


“Lənkərandakı oyunun bizə nə verəcəyini yaxşı bilirdik. Turnir cədvəlində xal ehtiyatını artırmaq üçün qələbə qazanmağa borclu idik. Həm də heç-heçələr seriyasına son qoymaq istəyirdik. Məqsədimiz sindromu qırıb nəhayət ki, azarkeşləri qələbə ilə sevindirmək idi. Qələbə komandamızın əhval-ruhiyyəsinə müsbət mənada təsir edib”.   


Cari mövsümdə Şəhriyar artıq 3 qol vurub. Müdafiəçinin məhsuldar zərbələri standart vəziyyətlərin davamında rəqib qapısından keçib. O, “Xəzər Lənkəran”a qarşı görüşdə də eyni vəziyyətdən fərqlənib: “Ümumiyyətlə, meydana çıxanda qol vurmaq haqda fikirləşmirəm. Mən müdafiəçiyəm, əsas olan komandanın qələbəsidir, qolu kimin vurması yox. Oyun epizodlarında çox nadir hallarda rəqib qapısının önündə görünürəm. Amma standartlar zamanı irəli atılıram. Xoşbəxtlikdən “Xəzər Lənkəran”la matçda da belə vəziyyətdən fərqləndim. Çox sevinirəm ki, qələbə topuna imza atdım. Qolu kimin vurmasından asılı olmayaraq sevinəcəkdim. Onu da deyim ki, Lənkəran klubu ilə görüşdə oyunumuzu cinahlardan qurmuşduq və hücuma belə atılmalı idik. Baş məşqçimiz Şahin Diniyev cinah müdafiəçisi olsam da, mənə daha irəlidən oynamağı tapşırmışdı. Hücumla yanaşı, müdafiədə də dəqiq oynamalıydım”.


Şəhriyar son olaraq maraqla gözlənilən “Neftçi” ilə oyuna toxunub: “Bizi ağır oyun gözləyir. “Neftçi” yüksəlişdədi. Matçın prinsipiallığını yaxşı başa düşürük. Axı söhbət tarixi derbidən gedir. Sosial şəbəkələr vasitəsi ilə gəncəli azarkeşlərin oyuna necə hazırlaşdığını izləyirik. Biz futbolçular da onları qələbə ilə sevindirməyə çalışacağıq. Vacib oyundu, rəqib turnir cədvəlində bizə yaxın mövqedə yer alıb. Qələbə ilə onlardan uzaqlaşa bilərik”. 


Fanat.az


Tags:  Qolu kimin vurmasından asılı olmayaraq sevinəcəkdim

RƏYLƏR


Top news