Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda atəşfəşanlıq olub - fotolar

Bakıda atəşfəşanlıq olub -  fotolar

Date: 19 December 2015 23:46

Gələn ilin iyununda Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletləri bu gündən satışa çıxarılıb.

Axşam.az xəbər verir ki, eyni zamanda  “Son 6 ay” tədbirində paytaxt sakinləri üçün bayram ab-havası yaradılıb.

Tədbir çərçivəsində xüsusi şou və konsert proqramı olub. Sonda atəşfəşanlıq təşkil edilib.

Qeyd edək ki, Bakıda Formula I Avropa Qran Pri yarışması iyunun 17-də başlayacaq.

Yarış keçiriləcək umumi tras 6 km olacaq. Yarış maşınları 51 dəfə həmin trası yarış zamanı keçəcək. Həmin trasda 20 döngə var. Tras Bakının maraqlı yerlərindən keçir, o cümlədən Dənizkənarı Milli Parkdan, İçərişəhər ətrafından keçəcək. Yarışlar zamanı maşınların sürəti 340 km qədər çatacaq. 30 minə qədər bilet satılacaq. Biletlərin qiymətləri müxtəlifdir. Azərbaycan vətəndaşlarına biletlərin qiymətlərində 40 faizə qədər endirim ola bilər. Minimum biletin qiyməti 19 AZN olacaq.

Fotolar AzərTac-a məxsusdur.









Tags:  Bakıda atəşfəşanlıq olub fotolar

RƏYLƏR


Top news