Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İntihar məqsədi ilə özünü bıçaqladı

İntihar məqsədi ilə özünü bıçaqladı

Date: 20 December 2015 00:14

Şəkidə 58 yaşlı kişi intihara cəhd edib. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dekabrın 19-u saat 15:30 radələrində rayonun Cəfərabad kənd sakini 1957-ci il təvəllüdlü Həmid Qurbanəli oğlu Məmmədov qarının ön divarının kəsilmiş və deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 58 yaşlı Həmid Məmmədov intihar etmək məqsədi ilə bıçaqla özünə xəsarət yetirib.

 

Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Həmid Məmmədovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.


Tags:  İntihar məqsədi özünü bıçaqladı

RƏYLƏR


Top news