Qırğızıstanın “Kabar” agentliyi ulu öndər Heydər Əliyev haqqında məqalə yayıb

Qırğızıstanın “Kabar” agentliyi ulu öndər Heydər Əliyev haqqında məqalə yayıb
00:18 20 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Bişkek, 20 dekabr, AZƏRTAC
Qırğızıstanın “Kabar” milli informasiya agentliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar məqalə yayıb.
Məqalədə Ulu Öndərin şərəfli ömür yolu, müasir Azərbaycanın tarixindəki yeri haqqında söhbət açılır, onun həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi dövrlərdə əldə olunmuş uğurlardan söhbət açılır. Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri, dünya şöhrətli siyasi və dövlət xadimi olduğu bildirilir.
Yazıda Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində müstəsna xidmətləri haqqında da məlumat verilir, onun fenomen bir şəxsiyyət olmasından söhbət açılır. Vurğulanır ki, böyük dövlət xadimi qırğız xalqına da xüsusi diqqət və qayğı ilə yanaşıb. Müəllif Heydər Əliyevin təkcə Azərbaycan xalqı deyil, bütövlükdə türk dünyası qarşısında böyük xidmətlərinin olduğunu diqqətə çatdırır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qirgizistanin_Kabar_agentliyi_ulu_onder_Heyder_Aliyev_haqqinda_meqale_yayib-912775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR