İranla Rusiya Əsəddən imtina edir

İranla Rusiya Əsəddən imtina edir
00:31 20 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Tehran Bəşər Əsədi hakimiyyətdə saxlamaqla bağlı daima nümayiş etdirdiyi israrlı mövqeyindən imtina etməyə razılaşıb.

ANS PRESS-in məlumatına görə, bu barədə “Reuters” agentliyinə adının gizli qalmasını xahiş etmiş yüksək çinli İran məmurlarından biri bildirib. İranlı məmurun dediyinə görə, bu qərara İranın Suriya probleminin həllində Rusiya ilə eyni mövqe tutmağa qərar verilməsindən sonra gəlinib.


Bəşər Əsəd - Suriya prezidenti

“Reuters”in diplomatik mənbələri bildirir ki, rəsmi olaraq Əsədi möhkəm müdafiə etdiyini bildirən Rusiya son zamanlar Qərbə işarə verib ki, sülh nizamlanması çərçivəsində Suriya liderinin hakimiyyətdən getməsinin əleyhinə deyil. Rusiya kimi İranda da rəsmi olaraq bildirir ki, Əsəd hakimiyyətdən yalnız seçkiləri uduzduqdan sonra gedə bilər.

Rusiya prezidenti Vladimir Putinlə İranın ali dini lideri Əli Xamneyi arasında keçən ay keçirilmiş görüşdə hər iki ölkənin Suriya məsələsində baxışlarının əlaqələndirilməsi qərara alınıb. “Reuters”ə Tehranda müsahibə verən yüksək iranlı bildirib ki, Suriyanın taleyini bu ölkənin xalqı özü seçki yolu ilə həll etməlidir, amma bundan öncə sakitlik bərqərar olmalıdır: “Tamamilə mümkündür ki, Suriya xalqı Əsədin getməsinə qərar verəcək, onda da Əsəd getməli olacaq. Əgər Əsəd öz xalqına xidmət edə bilmirsə, ölkəni bunu bacaran biri etməlidir”.

Amma Tehrandakı diplomatik mənbələr “Reuters»ə bildiriblər ki, əgər İran bu məsələdə Rusiya ilə daha da yaxınlaşarsa, onda Əsəddən tam imtina edəcək. Amma bunun üçün Suriyada müharibəyə son qoyan diplomatik həll lazımdır. Rusiya ilə İranın razılaşdıracağı əsas məsələ Əsədin öz vəzifəsini necə tərk etməyi barədə olacaq. Bu məsələdə Qərbin mövqeyi aydındır - ABŞ, Avropa və Körfəz ölkələri bildirirlər ki, Əsəd növbəti seçkilərə qatılmamalıdır.


Putin Xamneyi ilə görüşdə

Rusiya və İranla yanaşı beynəlxalq güclər də Suriya üzrə danışıqları gücləndiriblər. Məsələn, dekabrın 18-də Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının üzvləri yekdilliklə Suriya probleminin dinc nizamlaması barədə qətnamə qəbul edib. Qətnamədə Suriyanın yeni Konstitusiyasının qəbulu və 18 ay ərzində bu ölkədə seçkilərin keçirilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR