​Ağdamda silahlı insident baş verib, bir nəfər yaralanıb

​Ağdamda silahlı insident baş verib, bir nəfər yaralanıb
00:42 20 Dekabr 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 20 dekabr. REPORT.AZ/ Ağdamda qohumlar arasında mübahisə zəminində silahlı insident baş verib.
"Report" xəbər verir ki, yerli sakin Nabil Aslanov yaxın qohumu Anar Aslanovla mübahisə edib.
Daha sonra o, əsəblərini cilovlaya bilməyib və evində saxladığı qanunsuz ov tüfəngini götürərək Anar Aslanova bir neçə dəfə atəş açıb. Güllələrdən biri qarşı tərəfin qarın boşluğuna dəyib. Yaralı ətrafdakıların köməkliyi ilə dərhəl Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisəni törədən N.Aslanov bir müddət qaçıb gizlənsə də, sonradan istifadə etdiyi "Toz-16" tipli tüfəngini götürərək Tərtər rayon Polis şöbəsinə gəlib və könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/agdamda-silahli-insident-bas-verib-bir-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR