Putin: Biz Suriyada hələ bütün imkanlarımızı göstərməmişik

Putin: Biz Suriyada hələ bütün imkanlarımızı göstərməmişik
01:04 20 Dekabr 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Silahlı Qüvvələri Suriyada əməliyyatlar zamanı bütün imkanlarını göstərməyib: əlavə vasitələrimiz var və lazım gəldikdə onlar istifadə ediləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladinir Putin bildirib.  

 

“Biz təyyarəçilərimizin və kəşfiyyatçılarımızın Suriyada necə effektiv çalışdığını müşahidə edirik, onlar səylərini öz aralarında - ordu, donanma və aviasiyada çox effektiv şəkildə əlaqələndirərək, ən müasir silahdan istifadə edirlər. Qeyd edim ki,   bizim imkanlarımız bununla bitmir. Biz malik olduğunuz vasitələrin hamısını orada hələ istifadə etməmişik”, deyə Putin qeyd edib.    

 

“Bizim əlavə vasitələrimiz var və lazım gəldikdə onları da istifadə edəcəyik”, deyə Rusiya prezidenti vurğulayıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR