Qafqazda Sibir soyuğu (-31) (VİDEO)

Qafqazda Sibir soyuğu (-31) (VİDEO)
01:11 20 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyəni Kiçik Qafqaz dağlarının ətəyində yerləşən Ərdəhan vilayətinin Gölə rayonunda ötən gecə 31 dərəcə şaxta qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, həmin gün Türkiyənin bütün şərq vilayətlərində mənfi temperatur qeydə alınıb. Əsasən azərbaycanlıların yaşadığı bölgənin Sarıqamış qəsəbəsində 20 dərəcə, Çıldır qəsəbəsində 13 dərəcə, Qars şəhərində isə 11 dərəcə şaxta olub. Amma bununla belə Gölə həmin gün Türkiyəni ən soyuq məntəqəsi olub. Soyuqdan ağacların üzərini buz örtüyü örtüb.




Maraqlıdır, Azərbaycanda havaların mülayim keçməsinə baxmayaraq, ölkəmizin yaxın qonşularında kəskin soyuqlar müşahidə edilir. Məsələn, Moskvada bu gecə Rusiya üçün normal olan 8 dərəcə şaxta olmasına baxmayaraq küləyin sürətinin 12-17 m/saniyəyə qalxması şəhər rəhbərliyini həyəcan təbili çalmağa məcbur edib.


Moskvada küləkli qar

Dünyanın ən soyuq məntəqəsi isə Rusiyanın Saxa Respublikasında yerləşən Oymakon dərəsindədir. Qeyri-rəsmi məlumatlara görə, 1938-ci ildə bu qəsəbədə 78 dərəcə şaxta olub. 45 dərəcə şaxtada Saxa Respublikasında məktəblərdə dərs dayandırılır.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367703

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR