Azərbaycanda 11 ayda 2500 peyk antenası istehsal olunub

Azərbaycanda 11 ayda 2500 peyk antenası istehsal olunub
01:53 20 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 20 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında kompyuter, elektron və optik məhsulların, elektrik avadanlığın istehsalı sahəsində məhsul istehsalının həcmi 157,7 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin 11 ayı ilə müqayisədə kompyuter və digər elektron avadanlığın istehsalı 2 dəfə, elektrik avadanlığının istehsalı isə 6,7 faiz artıb. Bu dövrdə güc transformatorlarının istehsalı 4,5 dəfə, 1 kilovatdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 7,8 dəfə artıb. Bundan əlavə, cari ildə peyk antenalarının istehsalına başlanılıb və ötən 11 ayda 2,5 min antena istehsal olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_11_ayda_2500_peyk_antenasi_istehsal_olunub-912776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR