Roman Qriqorçuk: "Bu, bizim görmək istədiyimiz futbol deyil"

Topaz Premyer Liqasının XVIII turunun “Qarabağ” – “Qəbələ” oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:

“İstədiyimiz kimi erkən qol vurmağı bacardıq. Həmişə belə olmasını istəmişik. Lakin erkən qoldan sonra təzyiqi artırmağı, imkandan yararlanıb, ikinci qolu vurmağı bacarmaq lazımdır. Amma meydanda tam başqa oyun oldu. Top itirmələri, həmçinin rəqibin o dəqiqələrdə artırması “Qarabağ”ın topa daha çox sahib olması ilə nəticələndi. Biz isə müdafiə olunurduq. Bu, bizim görmək istədiyimiz futbol deyil. Düzdür, sonradan ikinci qolu vurmaq imkanı da qazandıq. Penaltinin qolla nəticələnəcəyi halda, matçın necə yekunlaşacağını deyə bilmərik. Çünki qarşılaşmanın sonuna xeyli vaxt qalmışdı. Hesabı qorumağa oynamaq planlarımıza uyğun deyil. Penalti epizoduna gəlincə, hər matçdan əvvəl zərbəni kimin vurması ilə bağlı tapşırıq verirdim. Bu dəfə belə etməmişdim. Aleksey Qayın olmadığı matçda bunu Dodoya tapşırdığımdan yenə braziliyalı topu götürüb, zərbə endirdi. Qol vura bilmədi. Buna görə onu çox günahlandırmıram. Başqası da vursaydı belə ola bilərdi”. 

Qriqorçuk qış transfer dövrü ilə bağlı da danışıb: “Komandadan gedənlər də, yeni gələnlər də olacaq. Bununla bağlı iş aparılır. Amma hələ heç nə, hansısa ad deyə bilmərik. Çünki bu, boş söhbət olacaq. Kiminlə isə maraqlanırıqsa və bu alınmırsa, suallar yaranacaq. Hər şey dəqiqləşəndə, müqavilə imzalananda bunu açıqlayacağıq. Fakundo gedəcəyini bizə də deyib və bunu əsaslandırıb. Bunun üçün motivi də var. Hər futbolçu klubunda xoşbəxt olmalıdır. Oyunçunu dilə tutub, saxlamaqdasa, onunla razılaşmaq lazımdır. Ondan başqa kimin gedəcəyini isə indidən deyə bilmərəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR