Şou biznesin Yeni il planları: "İşıqforda" bayram keçirə bilən müğənnimiz (FOTO)

Şou biznesin Yeni il planları: "İşıqforda" bayram keçirə bilən müğənnimiz (FOTO)
02:11 20 Dekabr 2015
53 Şou
Ölkə mətbuatı
A- A+

Artıq bir neçə gündən sonra Azərbaycan sakinləri Yeni il bayramını qeyd edəcək. Ölkənin bütün TV kanallarında məşhur müğənnilərin iştirakı ilə şənliklər, konsertlər və digər əyləncəli verilişlər, müsabiqələr keçiriləcək.

Hamıya tanış olan “Yeni ili necə keçirtsən o cür də ili başa vuracaqsan”, deyimi var.

ANS PRESS incəsənət xadimlərin bayramı harada və necə keçirəcəyi barədə maraqlı araşdırma aparıb. Onılar Yeni illə bağlı planlarını açıqlayıblar.

Xalq artisti İlhamə Quliyeva bayram günü ailəsi birgə olacağını dedi:

“Ailəmin arasında olacam. Adatən bayramı yaxınlarım ilə birlikdə keçirirəm. Hələ bilmirəm dəqiq hara gedəcəm. Ola bilsin Bakıdan kənara çıxım bağa gedim”.


İlhamə Quliyeva - xalq artisti

Xalq artisti Yalçın Rzazadə 31 dekabr ad günü olmasına baxmayaraq, Yeni ili xüsusi təntənə ilə keçirməyi sevmir. O səs küyü sevmədiyini deyib:

“Mən həmişə evdə otururam. Ümümimiyətlə mən səs küyü sevməyən adamam. Sakitliyi sevirəm mən, çoxluğu sevmirəm, öz dünyamda, öz aləmimdə oluram. O da ağır nəticə verir. Tək olur adam, həyat problemləri adamı sıxır. Enişli yoxuşlu həyatdır bu. Həyat monotonnu olsa maraqsız olar”.


Yalçın Rzazadə - xalq artisti

Xalq artisti, gülüş ustası Arif Quliyev yeni ili ancaq evdə keçirəcəyini deyib. Aktyor yeni il şənliklərə dəvət olunduğunu bildirib, lakin bəzilərinin ssenarisini xoşuna gəlsə gedəcəyini deyib.

“Mən ancaq evdə keçirirəm. 1 - 2 kanal şənlikə dəvət edib, lakin ssenarisi xoşuma gəlməsə getməyəcəm. Yeni filmə çəkildiyim üçün vaxtım çox yoxdu”, Arif Quliyev əlavə edərək gənclərə məsləhət görüb ki, bayramı elə keçirsinlər ki, onlar həzz alsınlar.


Arif Quliyev - xalq artisti

Tanınmış gənc müğənni və bəstəkar Murad Arif Yeni İli İsveçin paytaxtı Stokholmda keçirəcəyini deyib.

“Mən artıq 2 ay əvvəl viza üçün sənədlərimi yığmışam. Onun üçün heç bir restoranla danışmamışam. Ailəm ilə bərabər İsveçin Stokholm şəhərində keçirəcəm. Ola bilsin oradan başqa ölkəyə də getdim. Əsl qış tətili keçirmək istəyirəm. 2 həftə istirahət edəcəm sonra işimə dönəcəm”.


Murad Arif - müğənni

Hal hazırda Gürcüstanda olan gürcü əsilli müğənni Manana Yeni ili Bakıda keçirəcəyini və səhnədə olacağını deyib.

“Yeni il gecəsini səhnədə keçirmək artıq məndə həmişə adət olub, Əvvəl ailəm ilə keçirəcəm lakin gecə saat 12-də artıq səhnədə olacam. Mən hər il səhnədə qeyd edirəm ki, yeni il də səhnədə olum”.


Manana - müğənni

Xalq artisti Baloğlan Əşrəfov birmənalı olaraq bildirib ki, yeni il axşamı heç vaxt tədbirlərə qatılmadığını deyib. O, həmişə evdə keçirəcəyini deyib. Qeyd edib ki, 31 dekabr oğlunun ad günüdür.

“Məni tanıyanlar bilir ki, mən hər yeni ili evimdə qarşılıyıram. Oğlumun ad günüdür 31 dekabr. Onun üçündə elə evdə oluram”.


Baloğlan Əşrəfov - əməkdar artist

Müğənni Əlikram Bayramlı Yeni ili Lerikdə keçirəcəyini deyib: “Lerikə gedəcəm. Oğlum təzəlikcə ailə həyatı qurub ora qonaq çağırıblar. Gedib orada 2-3 gün qalib Bakıya dönəcəm”.


Əlikram Bayramlı - müğənni

Müğənni Nadir Bayramlı hansısa bir döngədə Yeni ili keçirdə biləcəyinid deyib.

“Demək olar ki evdə keçirdəcəm. Bir iki yerə dəvət ediblər, hələ dəqiq bilmirəm. Çox güman ki, hansısa səhnədə, ola bilsin yolda və yaxud hansısa bir döngədə, hətta hansısa işiqforun yanında belə yeni ilimi keçirə bilərəm”.


Nadir Bayramlı - müğənni

Xalq artisti Nazpəri Dostəliyevanın köməkçisi bildirib ki, ifaçı bu il evdə ailəsi ilə bərabər yeni ili keçirəcəyini deyib.


Nazpəri Dostəliyeva - xalq artisti

Şou biznes nümayəndələrinin cavablanından məlum oldu ki, onların böyük əksəriyyəti ailəyə bağlıdır. Onlar xarici ölkələrə gedib pul xərcləməkdənsə, öz vətənində qalıb yeni ili doğmaları ilə keçirməyi üstün tuturlar. Belə ki, getsələr də onlar ailəsi ilə birlikdə gedirlər. Bayramı harada keçirməkdən asılı olmayaraq, hamıya Yeni ili uğurlu, peşəkar sənətlərində uğurlar, süfrələrinin bol olmasını diləyirik!

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR