Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Valyutadəyişmə məntəqəsinə hücum: yaralı var

Valyutadəyişmə məntəqəsinə hücum: yaralı var

Nəzarət-keçid məntəqəsinə SİLAHLI BASQIN: ölən və yaralananlar var (12 Mart 2017 22:03)
Tunisdə silahlılar nəzarət-buraxılış məntəqəsinə hücum edib: ölən və yaralananlar var (12 Mart 2017 21:32)
Tunisdə silahlılar nəzarət-keçid məntəqəsinə hücum edib, ölən və yaralananlar var (12 Mart 2017 21:22)

Tarix: 20 Dekabr 2015 02:36

Gəncədə valyutadəyişmə məntəqəsinin sahibi başından vurulub.

Hadisə saat 00.30 radələrində şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Sözügedən küçədə valyutadəyişmə məntəqəsi olan, 1971-ci il təvəllüdlü Kəmaləddin Əliyev işlədiyi obyektin qarşısında iti alətlə başından vurulub.

Xəsarət alan yaralı başın kəsilmiş-çapılmış xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

K. Əliyev onu vuran şəxsin 25 min manat pulunu apardığını bildirib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Teqlər:  Valyutadəyişmə məntəqəsinə hücum yaralı var



RƏYLƏR


Top xəbərlər