Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bank kartlarının qəfil koda düşməsinin səbəbi

Bank kartlarının qəfil koda düşməsinin səbəbi

Date: 20 December 2015 03:11

Azərbaycanda son vaxtlar kartların bloklanması ilə bağlı problemlər ortaya çıxıb.

ANS PRESS-in məlumatına görə, son zamanlar bir sıra sakinlər kartlarının qəfildən bloka düşdüyünü və bunun hansı səbəbdən baş verdiyini bilmirlər.

Rəna Eyvazlı deyir ki, iki gündür kartdan maaşını çıxara bilmir, buna görə banka müraciət edib: "Bankda mənə bildirdilər ki, təhlükəsizlik baxımından kartımı blok ediblər. Mən ərizə yazdım, daha sonra bir sənəd imzaladım ki, kartla bağlı bütün məsuliyyəti öz boynuma götürürəm. Sonra dedilər ki, tezliklə mənə yeni kod veriləcək və mən kartımı yenidən istifadə edə biləcəm".

Elektron ödənişlər mərkəzinin icraçı direktoru Cəlal Orucov sözlərinə görə, kartı koda qoymaq onunla bağlıdır ki, bank müştərinin kartı üzrə qeyri-standart aktivlik müşahidə edib:

"Bank görür ki, müştəri əvvəllər ayda bir dəfə əməliyyat edirdisə, indi isə tez-tez edir. Yaxud müştəri əvəllər kartından nəğd pul çıxarırdısa, indi həmin kartdan yalnız online istifadə edir. Bu cür qeyri-standart aktivlik bank tərəfindən şübhə doğurur və müştəri ilə bankın əməkdaşları əlaqə saxlayıb məsələni araşdırırlar, əgər həmin əməliyyatlar müştəriyə aid deyilsə, onda kart bloka salınır".


Cəlal Orucov - Elektron ödənişlər mərkəzinin icraçı direktoru


Analoji hal Aktauda da müşayiət olunub. Aktauda hüquq-mühafizə əməkdaşları tərəfindən saxta plastik kartlar ilə pul oğurlayan şəxslər tutulub. Tutulanların Moldova vətəndaşı olduğu deyilir. Məlum olub ki, 4 nəfərdən ibarət olan bu qrup firildaqçılıq əməliyyatları ilə cari ilin sentyabr ayından məşğul olmağa başlayıb.

Cinayətkarlar skayner vasitəsilə bankomatlara yaxınlaşan şəxslərin kartlarını və hesablarındakı pul məbləğini müəyyənləşdiriblər. Daha sonra həmin kartın saxta variantı və əldə etdikləri kod vasitəsilə hesabdan pul çıxarıblar.

Prosesin ən qızğın çağında dələduzlar saxlanılıb. Dələduzluqda şübhəli bilinən şəxslərdən markalı maddi sübut kimi noutbuk götürülüb, hansı ki, orada bütün əməliyyatlar yazılıb. Müəyyən olunub ki, bu vaxtadək dələduzlar 37 saxta plastik bank kartları və 152 min təngə (471 min manat) ələ keçiriblər.

Əslində, bu cür hallarla rastlaşmamaq üçün hər bir şəxs fərdi olaraq, öz kartını və onun kod şifrəsini özündən başqa heç kimə etibar etməməlidir. Çünki bəzi insanlar düşünürlər ki, əgər kart cibimdədirsə, ondan başqa heç kim istifadə edə bilməz, amma bu səhv fikirdir. Kartdan internetdən bəzi əməliyyatlarda istifadə etmək üçün onun üzərində olan bəzi şifrələr belə kifayət edə bilər. Bu nöqteyi nəzərdən kartla ehtiyatlı davarmaq, təhlükəsiz yerdə saxlamaq, onu kənar şəxslərə verməmək, ümumiyyətlə, əldən verməmək lazımdır.


Tags:  Bank kartlarının qəfil koda düşməsinin səbəbi



RƏYLƏR


Top news