Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Atçılıq üzrə idman ustası: Rayonlarda çövkən yarışlarına maraq ildən-ilə artır

Date: 20 December 2015 03:33


Şəki, 20 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
On ildir ki, Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində keçirilən çövkən oyunu üzrə yarışlara hakimlik edirəm. Komandalar arasında rəqabət ildən-ilə güclənir. Oyunçuların ustalıq səviyyəsi də xeyli artıb. Açığını deyim ki, ilk yarışlarda komandaların üzvləri bəzən topa belə düzgün vura bilmirdilər. İndi isə bütün komandalar sürətli oyun nümayiş etdirirlər. Yarışlar üçün ən yaxşı atlar seçilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Prezident Kuboku uğrunda X çövkən milli oyunu üzrə Şəkidə keçirilən yarışların hakimi İlqar Məmmədov deyib.
Hakim bildirib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılan bu mərkəz ölkəmizdə qədim atçılıq ənənələrinin bərpasına, atüstü milli oyunlarımızın qorunub saxlanması və inkişaf etdirilməsinə çox böyük töhfələr verir. Rayonlarda bu yarışlara maraq ildən-ilə artır. Builki yarışlara 24 komandanın qatılması buna əyani sübutdur.
Atçılığın inkişafına dövlətin qayğısını yüksək qiymətləndirən İlqar Məmmədov deyib: “Məhz bu qayğının, aparılan məqsədyönlü işin nəticəsidir ki, UNESCO da artıq çövkən oyununu Azərbaycanın milli oyunu kimi qəbul edir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səmərəli fəaliyyətini xüsusilə qeyd etmək lazımdır”.

Tags:  Atçılıq üzrə idman ustası Rayonlarda çövkən yarışlarına maraq ildən-ilə artır


RƏYLƏR


Top news