Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Polşa etirazlara qərq oldu

Polşa etirazlara qərq oldu

Date: 20 December 2015 04:06

Polşada sağçı iqtidarın hökümətin fəaliyyətini nəzarətdə saxlayan Konstitusiya Tribunalının ləğvi üçün atdığı addımlar minlərlə vətəndaşı ayağa qaldırıb.

ANS PRESS-in məlumatına görə, ölkənin 23 şəhərində o cümlədən paytaxt Varşavada hökümət əleyhinə etiraz aksiyaları keçirilib.

Varşavada keçirilən müxalifət liderlərinin də qatıldığı mərkəzi nümayişdə 20 minə yaxın etirazçı iştirak edib. Günorta saatlarında anonim şəxsdən partlayış təhdidi daxil olduğundan, bir çox sakinlər təhlükəsizlik üçün evlərində qalmağı məsləhət bilib, ancaq partlayış təhdidinin yalançı həyəcan olduğu müəyyənləşib. Oxşar nümayişlər Krakov, Poznan , Qdansk və digər şəhərlərdə baş tutub

“Onlar istədikləri qanunu qəbul etməklə Konstitusiya Tribunalına qarşı suiqəsd hazırlayır.Ancaq vəziyyət elə gətirə bilər ki, artıq demokratiyanı qorumaq mümkün olmaz. Bizim dövlətə təhdid yaranacaq. Polşada hökümətin diktatura qurma təhlükəsiz olacaq. Diktaturaraya aparan yol bundan keçir”, Demokratiyanın Müdafiəsi Komitəsi partiyasının lideri bildirib.



Ötən ay hakimiyyətə gəlmiş Qanun və Ədalət partiyası həm hökümətə həmdə parlamentin hər iki palatasına nəzarət edir. Onların fəaliyyətinə yalnız konstitusiya məhkəməsi effektiv şəkildə nəzarət etdiyindən, partiya məhkəmənin fəaliyyini məhdudlaşdıracaq qanun qəbul etməyi planlaşdırır.

Bazar ertəsi səsverməyə çıxarıalcaq qanun layihəsinə əsasən tribunalın hər hansı qərarının qəbul olunması üçün azı 10 hakimin həmin qərarı dəstəkləməlidir. Tribunal 15 hakimli heyətdən ibarət olduğunu nəzərə aldıqda, ziddiyyətli məsələlərdə ixtilaf olduğundan partiyanın yeni qanunlar qəbul etməsi üçün heç bir əngəl qalmayacaq.

Tags:  Polşa etirazlara qərq oldu


RƏYLƏR


Top news