​Türk hərbçiləri son 4 gündə 100-dən çox kürd silahlısını məhv ediblər

​Türk hərbçiləri son 4 gündə 100-dən çox kürd silahlısını məhv ediblər
04:32 20 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyə hərbçiləri son 4 gün ərzində 110 kürd silahlısını məhv ediblər.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Kürd Fəhlə Partiyası (PKK) üzvlərinin məhv edilməsi ölkənin cənub-şərqində aparılan anti-terror əməliyyatı zamanı baş verib.
Reydlərdə 10 minə yaxın türk hərbçi və polisi iştirak edir. Onlar yaşayış məntəqələrini PKK-çılardan təmizləyir, xəndəkləri örtür və barrikadaları sökürlər.
Küçələrdə intensiv atışmalar davam edir. Türkiyə hakimiyyəti bəyan edib ki, son 4 ay ərzində 180-dən çox polis, hərbçi və mülki şəxs kürd yaraqlılarının qurbanı olub.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turk-herbcileri-son-4-gunde-100-den-cox-kurd-silahlisi-mehv-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR