Türkiyə ordusunun hücumu: 70 ölü

Türkiyə ordusunun hücumu: 70 ölü
04:56 20 Dekabr 2015
109 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin İraqla sərhədi yaxınlığında yerləşən və kürdlərin kompakt yaşadığı Cizrə və Silopi şəhərində ordunun keçirdiyi anti-terror əməliyyatlarında öldürülən PKK-çıların sayı 70 nəfərə çatıb.

ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin təhlükəsizlik rəsmiləri bəyanat verib. Əməliyyatların gedişatında bir türk əsgəri şəhid olub. 4 gündür davam edən hərbi əməliyyatlarda Cizrədə 78, Silopidə 6, Diyarbəkirdə 16 və Mardində 10 terrorçu olmaqla ümumilikdə 110 terrorçu zərərsizləşdirilib.

Rəsmi Ankara Cizrədə və Silopidə 24 saatlıq komendant saat tətbiq etməklə, bölgədə muxtariyyat yaratmağa çalışan kürd döyüşçülərini məhv etmək üçün şəhərlərə çoxlu sayda hərbçi, polis qüvvəsi və zirehli texnika göndərib.

Təsdiq olunmayan qeyri-rəsmi məlumatlara görə, əməliyyatlarda minlərlə hərbçi iştirak edir.



Mardinin Nusaybin rayonunda PKK terrorçuları polisin zirehli maşının qumbaraatanla atəş açıb. Fırat, Diclə və Yenişəhir məhəllələrində küçələrə çıxmaqla bağlı qadağanın 1 həftəyə yaxın davam etməsi fonunda baş vermiş hücum nəticəsində zirehli maşında olmuş 3 çevik polis zabiti yaralanıb.

Yaralılar mərkəzi rayon xəstəxanasına təxliyyə olunub. Bölgədə əməliyyatlar davam etdirilir

Türkiyənin cənub-şəqrində aparılan döyüş əməliyyatları barədə açıqlama verən Baş nazir Əhməd Davudoğlu bildirib ki, iyulun 23-də Ankara “Sülh və Demokratiya” adlı əməliyyatına başlayan vaxt təhlükəsizlik zabitlərinə açıq aydın bir təlimat verib:

“Türkiyənin dağları, vadiləri, yaylaları, ovaları, şəhərlərin küçələri terorçu ünsürlərdən təmizləmə tapşırığının yerinə yetirməyə davam edəcəksiniz".


Əhməd Davudoğlu - Türkiyənin Baş naziri

Bu arada Batman vilayətində kürd fəalların kütləvi yürüşünə icazə verilməməsindən sonra polislə yüzlərlə etirazçı arasında toqquşma baş verib. Doğan xəbər agentliyinə görə, əsasən HDP partiyasından olan fəallar və onların tərəfdarları ölkənin cənub-şərq bölgəsində tətbiq olunan komendant saatına etiraz etməyə çalışıb. Polis gözyaşardıcı qaz və su şırnaqların köməyi ilə etirazçıları küçələrdən dağıdıb.

Həmçinin oxuyun: Türkiyədə ağır döyüşlər: 30 ölü (FOTO)









Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367718

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR