Türkiyə ordusunun İraqdan çıxarılması davam etdirilir

Türkiyə ordusunun İraqdan çıxarılması davam etdirilir
04:59 20 Dekabr 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə qoşunlarının İraqdan çıxarılması prosesini davam etdirir. APA-nın məlumatına görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.

 

“Türkiyə İraq tərəfinin həssaslığını və İŞİD-lə mübarizənin zəruriliyini nəzərə alaraq silahlı qüvvələrinin Naynava əyalətindən çıxarılmasını davam etdirir”, deyə məlumatda bildirilir.

 

Sənəddə qeyd olunur ki, Türkiyə beynəlxalq koalisiyanın üzvü olaraq İŞİD üzərində qələbə naminə birgə səylərin əlaqələndirilməsi üçün İraqla əməkdaşlıq etməyə hazırdır.

 

Bəyanatda Türkiyənin İraqın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi bir daha qeyd olunur və yerli qüvvələri İŞİD-ə qarşı əməliyyatlara hazırlayan türk təlimatçılarının mühafizəsi məqsədi ilə kontingentin yerləşdirilməsi ilə bağlı İraq hökuməti ilə anlaşılmazlığın olduğunu etiraf edir.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR