Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Putin Saakaşvili və Avakov arasındakı mübahisəni "tragikomediya" adlandırıb

​Putin Saakaşvili və Avakov arasındakı mübahisəni "tragikomediya" adlandırıb

Date: 20 December 2015 05:37

Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Ukrayna Milli İslahatlar Şurasının iclasında Odessanın qubernatoru Mixail Saakaşvili və daxili işlər naziri Arseni Avakov arasında baş verən qalmaqala münasibət bildirib.
"Report" xəbər verir ki, bu barədə o, bu gün "Rossiya 1" telekanalının efirində yayımlanacaq Vladimir Solovyovun "Miroporyadok" sənədli filmi üçün verdiyi müsahibədə danışıb.
"Onların rus dilində söyüşməsi yaxşı haldır. Yaxşı ki, gürcü və ya osetin dilində deyil. Axı bu gülüş doğurur, bu bir tragikomediyadır", - deyə Vladimir Putin bildirib.
Filmin müəllifi prezidentin çıxışından olan bu fraqmenti öz "Instagram" səhifəsində paylaşıb.

Tags:  Putin Saakaşvili Avakov arasındakı mübahisəni tragikomediya adlandırıb


RƏYLƏR


Top news