Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğan Həmas lideri ilə görüşdü

Ərdoğan Həmas lideri ilə görüşdü

Date: 20 December 2015 06:06

Türkiyə prezidenti Rəcəp Tayib Ərdoğan İstanbulda Həmas siyasi lideri Xalid Məşalla görüşüb.

ANS PRESS-in məlumatına görə, CNN-Türkün Prezident Administrasiyasından olan mənbələrə görə, qəbul ötən gün axşam saatlarında Mabeyn köşkü iqamətgahının Yıldız Sarayında gerçəkləşib.

Görüşün İsrail Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı gizli razılaşmanın əldə olunması ilə bağlı xəbərlərin fonunda keçirilməsi diqqət çəkən məqamlardan olub. İddia olunan sövdələşməyə görə, İsrail tərəfi Qəzzaya yardım daşıyan Türk gəmisində İsrail hərbçilərilə toqquşma zamanı həlak olmuş qurbanların ailələlərinə, ümumilikdə 20 milyon dollar kompensasiya ödəməyi öhdəsinə götürüb,

Əvəzində isə Ankara İsrail rəsmilərinə qarşı məhkəmə iddiasını geri götürməyə sözverib, ölkələr diplomatik nümayəndəliklərin bərpa olunmasına dair razılığa gəlib.


Ərdoğan və Həmas lideri

Məlumata görə, dünənki görüşdə Məşal prezident Ərdoğana bölgədəki, o cümlədən Qəzza zolağındakı son vəziyyət barədə məlumat verib. Sonuncu dəfə Ərdoğan və Məşal avqustun 13-də görüşüb.

Yaxın şərq oktyabr ayında İsrailin Əl Əqsa məscidinə girişi məhdudlaşdırmasından sonra yeni zorakılıq dalğasına qərq olub. Yaşanan zorakılıqlar fonunda İsrail işğal etdiyi şərqi Qüdsdə təhülkəsizlik tədbirləri gücləndirib, bir neçə fələstin məhəllələri blokadaya alınıb.

Oktyabr ayından bəri baş verən toqquşmalarda və hücumlarda İsrail hərbçiləri 1125 fələstinlini qətlə yetirib.Onlardan 25 i uşaq və qadındır. 55 nəfərin cəsədi hələ də ailələrinə təhvil verilməyib.

Tags:  Ərdoğan Həmas lideri görüşdü


RƏYLƏR


Top news