​İraqda 43 il ərzində ilk dəfə gözəllik müsabiqəsi keçirilib

​İraqda 43 il ərzində ilk dəfə gözəllik müsabiqəsi keçirilib
06:07 20 Dekabr 2015
119 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 20 dekabr. REPORT.AZ/ İraqda son 43 ildə ilk dəfə olaraq gözəllik müsabiqəsi keçirilib.
"Report" xəbər verir ki, "Miss İraq" adına 20 yaşlı Şalma Əbdülrəhman layiq görülüb.
Ölkə növbəti "Kainat gözəli" yarışmasına qatılmağı planlaşdırdığı üçün, tədbir beynəlxalq ölçülərə maksimum uyğun keçirilib. Lakin buna baxmayaraq müsabiqədə çimərlik dəfiləsi olmayıb.
"Mən şadam ki, İraq irəliyə doğru gedir", - deyə Şalma bildirib.
İraqda ilk gözəllik müsabiqəsi 43 il əvvəl - 1972-ci ildə keçirilib. O zaman qalib Vicdan Burhan əd-Din Süleyman olub.

Xəbərin orijinal ünvanı: http://report.az/sou-biznes/i-raqda-43-il-erzinde-ilk-defe-gozellik-musabiqesi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR