​İndoneziya sahillərində sərnişin gəmisi qəzaya uğrayıb

​İndoneziya sahillərində sərnişin gəmisi qəzaya uğrayıb
06:57 20 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 dekabr. REPORT.AZ/ İndoneziyanın Sulavesi adası sahillərində göyərtəsində 100-dən çox sərnişinin olduğu gəmi qəzaya uğrayıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Kolaka limanından Cənubi Sulavesi əyalətinə istiqamət alan gəmi, hələ tam olaraq batmayıb.
Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Gəminin göyərtəsində, müxtəlif məlumatlara görə, heyət üzvləri də daxil olmaqla 108-dən 122-dək adam olub.
Qəzanın hansı səbəbdən baş verdiyi, həmçinin sağ qalanın olub-olmadığı barədə məlumat yoxdur.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-ndoneziya-sahillerinde-sernisin-gemisi-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR