​Klassik alman musiqisinin patriarxı Kurt Mazur vəfat edib

​Klassik alman musiqisinin patriarxı Kurt Mazur vəfat edib
07:57 20 Dekabr 2015
24 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 20 dekabr. REPORT.AZ/ Məşhur alman dirijor Kurt Mazur dekabrın 19-da 88 yaşında dünyasını dəyişib.
"Report" xəbər verir ki, bu barədə Mazurun 1991-2002-ci illərdə baş dirijoru olduğu Nyu-York Filarmoniyasının orkestrı məlumat yayıb.
Onun hansı şəraitdə və nədən öldüyü bildirilmir. Məlumdur ki, musiqiçi uzun müddət Parkinson xəstəliyindən əziyyət çəkib.
Mazur dünyanın ən görkəmli dirijorlarından biridir. Kurt Mazur 2002-ci ildən Fransa milli orkestrına rəhbərlik edib. O həmin müddətdə həm də, London Filarmoniya orkestrında baş dirijor olub.

Xəbərin orijinal ünvanı: http://report.az/sou-biznes/klassik-alman-musiqisinin-patriarxi-kurt-mazur-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR