Didye Burkhalter: İsveçrə Azərbaycan-Ermənistan dialoquna gələcəkdə də dəstək verməyə hazırdır

Didye Burkhalter: İsveçrə Azərbaycan-Ermənistan dialoquna gələcəkdə də dəstək verməyə hazırdır
07:58 20 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bern, 20 dekabr, AZƏRTAC
İsveçrə Konfederasiyasının Xarici İşlər Departamenti dekabrın 19-da Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş görüşlə bağlı məlumat yayıb.
Departamentin saytında yerləşdirilmiş məlumatda İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterin hər iki dövlət başçısı ilə görüşündə İsveçrənin münaqişənin sülh yolu ilə nizamlanması üçün səyləri bundan sonra da dəstəkləməyə hazır olduğunu ifadə edib.
Didye Burkhalter dialoqun gücləndirilməsinin vacibliyini bildirib, Dağlıq Qarabağ münaqişəsinin yalnız intensiv və ətraflı danışıqlar prosesi vasitəsilə həll oluna biləcəyini qeyd edib. O, İsveçrənin Azərbaycan və Ermənistan arasında dialoqa gələcəkdə də dəstək verməyə hazır olduğunu bəyan edib.
Məlumatın yekununda İsveçrənin ötən il ATƏT-ə sədrlik dövründə münaqişənin nizamlanması üçün göstərdiyi səylərə də toxunulub. Bildirilib ki, Cənubi Qafqaz İsveçrənin sülh siyasəti səylərinin prioritetlərindən biridir. 2014-cü ildə ATƏT-ə sədrlik dövründə İsveçrə beynəlxalq təşkilatın mövcud vasitəçilik formatlarının saxlanılmasını və müxtəlif etimadyaradıcı tədbirləri dəstəkləyib, eləcə də vətəndaş cəmiyyəti ilə sıx ünsiyyətin qurulmasına çalışıb.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bern

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Didye_Burkhalter_Isvechre_Azerbaycan_Ermenistan_dialoquna_gelecekde_de_destek_vermeye_hazirdir-912782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR