"Rusiyada 2015-ci ildə 320 casus ifşa edilib"

"Rusiyada 2015-ci ildə 320 casus ifşa edilib"
09:12 20 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə xarici ölkənin kəşfiyyat idarələri Rusiyada fəaliyyəti genişləndirir, ölkədə 2015-ci ildə  320 peşəkar kəşfiyyatçı və casus ifşa edilib. 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.   

"Əks-kəşfiyyat idarəsinin əməkdaşlarının üzərinə böyük məsuliyyət qoyulub. Bu il onlar xarici ölkələrin xüsusi xidmət orqanlarının 320 peşəkar əməkdaşını və casusunu ifşa ediblər", - deyə Putin təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü münasibəti ilə təşkil olunmuş təntənəli mərasimdə bildirib.  

"Biz görürük ki, bir sıra ölkələrin kəşfiyyat idarələri Rusiyada fəaliyyəti genişləndirir. Rusiya təhlükəsizlik orqanlarının əməkdaşları bu çağırışa adekvat cavab verməyə hazırdır", - deyə Putin qeyd edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR