Ermənistanın görüşdən sonra təxribatı beynəlxalq ictimaiyyətin səhlənkarlığının nəticəsidir

Ermənistanın görüşdən sonra təxribatı beynəlxalq ictimaiyyətin səhlənkarlığının nəticəsidir
09:12 20 Dekabr 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

İlin sonunda siyasi proseslərin yekununu vurmaq qəbul edilib, xüsusən də dekabrın ortasında Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş veribsə. Lakin görüşdən sonra Ermənistan tərəfinin təcavüzkar bəyanatları bir şeydən xəbər verir - Yerevan status-kvonu daha çox saxlamaq üçün növbəti dəfə vaxtı uzadır. İsveçrə gələcək görüşlər üçün məkan olmağı təklif etsə də, Ermənistan tərəfinin vicdanının olmasına ümidin qalması üçün ölkə rəsmilərinin bəyanatları həddindən artıq şəffaf və aqressivdir.

Münaqişə tərəflərinə də, müşahidəçilərə də aydındır ki, davam edən qarşıdurmanın əsas səbəbi kimdir. Artıq bir neçə ildir ki, tərəflər arasında baş tutan görüşlərdən sonra Yerevanın bugünkünə bənzər təxribatlarından başqa heç nə baş vermir və Ermənistan rəhbərliyinin ağılının oyanacağına umid etmək artıq, çox güman ki, dəyməz. Baxmayaraq ki, Azərbaycan insanların həyatının xilası naminə təcavüzkarla danışıqlara hazırdır.

Beynəlxalq səhlənkarlıq ona gətirib çıxarıb ki, Ermənistan rəsmiləri işğalçı adından utanmadan belə, Bakını öz torpaqlarını erməni hərbiçilərinin hücumlarından qoruduğuna görə ittiham edirlər.

Beynəlxalq hüquqa zidd olan halda əgər beynəlxalq vasitəçilər sonu olmayan çağırışlarla kifayətlənərək, Ermənistana hər şeyi etməyə imkan verirlərsə, təcavüzkar ölkənin hakimiyyətini və hərbi komandanlığını kim və nə vaxt qınayacaq?

Əfsuslar olsun ki, vasitəçilərin səylərini davam etdirəcək haqqında nikbin vədləri bu gün daha da az inandırıcı səslənir. Yerevan özünü cəzasızlıq şəraitində hiss etdiyi vaxtı, dünyada hamının gözü qarşısında çox insanlar tərəfindən "hərəkətə gətirəcək bir siqnal" kimi qəbul olunduğu qanunsuzluq baş verir. Məhz bu cür presedentlər axırda dünyanı xaosa aparacaq. Ona görə də vacibdir ki, hamı dərk edərək, müharibədə, həqiqətən, cəzalı olan tərəfi cəzalandıraraq, bunun qarşısını alsın.

Elmira Tarıverdiyeva

Trend


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/391649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR