İlin son oyunları

İlin son oyunları
09:37 20 Dekabr 2015
57 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XVIII tura və turnirin ilk yarısına yekun vuralacaq. Apasport.az saytının məlumatına görə, qış fasiləsindən öncəki turun son 3 oyunundan biri Gəncədə, digər ikisi isə paytaxtda baş tutacaq.

Günə "Kəpəz" - "Neftçi" qarşılaşması ilə start veriləcək. Ölkəmizin iki ən köklü klubunun görüşü maraqlı mübarizə vəd edir. Bu oyun həm də iki klub arasında 5-ci yer uğrunda mübarizə olacaq. Gəncləlilər 1 xal qazanacağı halda mövqeyini qoruyacaq, qalib gəlsələr isə hətta 4-cü yerə də yüksəlmək şansları var. "Neftçi" isə əzəli rəqibini keçmək istəyirsə, mütləq səfərdən qələbə ilə dönməlidi.

Son turların iki uğurlu komandası AZAL-la "Zirə" arasındakı paytaxt derbisi də maraqla gözlənilir. Hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış debütant qalib gəlsə, fasiləyə öz yerində yollanacaq. Əks halda digər oyunun nəticəsinə görə, "İnter" onları arxada qoya bilər. "Təyyarəçilər" üçün isə nəticənin turnir cədvəlindəki mövqeyi baxımından heç bir əhəmiyyəti yoxdur. Ancaq Tərlan Əhmədovun yetirmələri ilk dövrədəki məğlubiyyətinin əvəzini çıxaraq, həm də izləyicisi "Sumqayıt"dan bir az aralana bilər.

Günün, turun və həm də ilin son oyunu isə "İnter Arena"da keçiriləcək. Meydan sahibləri "Xəzər Lənkəran"ı qonaq edəcək. Qış fasiləsinə ilk üçlükdə yollanmağı hədəfləyən "bankirlər" həm də ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq üçün oynayacaqlar. Vəziyyəti günbəgün pisləşən cənublular isə əgər bu oyunda xal və ya xallar qazanmasalar, matçın hesabından asılı olaraq hətta son sıraya da yuvarlana bilərlər. Son 6 matçda qola və xala həsrət qalan Yunis Hüseynovun yetirmələrinin paytaxtda necə çıxış edəcəyi maraqla gözlənilir.

Topaz Premyer Liqası

XVIII tur

20 dekabr (bazar)

14:00. "Kəpəz" - "Neftçi"

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Akif Əmirəli, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Kərim Ağayev
Gəncə şəhər stadionu

15:00. AZAL - "Zirə"

Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Gülağa Cabarov
AZAL Arena

16:30. "İnter" - "Xəzər Lənkəran"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
"İnter Arena"

Turnir cədvəli

1

Qarabağ

18

11

5

2

28-12

38

2

Zirə

17

7

8

2

16-12

29

3

Qəbələ

18

7

7

4

24-13

28

4

İnter

17

7

6

4

16-12

27

5

Kəpəz

17

6

7

4

18-16

25

6

Neftçi

17

6

5

6

18-17

23

7

AZAL

17

5

4

8

10-17

19

8

Sumqayıt

18

3

9

6

23-28

18

9

Xəzər Lənkəran

17

3

3

11

10-22

12

10

Rəvan

18

2

6

10

12-26

12

Bombardir: Riçard Almeyda ("Qarabağ") - 7.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR