"ABŞ səhvə yol verib"

"ABŞ səhvə yol verib"
09:42 20 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Con Kerri ölkəsinin Liviyada səhvə yol verdiyini etiraf edib və məsələ ilə bağlı prezident Barak Obamanın dediklərini xatırladıb.

APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Con Kerri "Rissiya 1" telekanalına müsahibəsində bildirib. "Prezident Obama ABŞ-ın Liviyada addımlarının bəzilərinin səhv olduğunu etiraf edib, çünki Amerika hərbi müdaxilə etdikdən sonra bu ölkədə legitim hakimiyyətin formalaşdırılmasına dəstək verməyib", - deyə Kerri bildirib.   

Dövlət katibi əlavə edib ki, ABŞ ölkədə vəziyyətin sabitləşməsinə və gərginliyin azalmasına ümid edərək  Liviyada yaradılacaq yeni milli birlik hakimiyyətini dəstəkləmək niyyətindədir.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR