Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İraqda 43 ildə ilk dəfə "İlin gözəli" seçilib

İraqda 43 ildə ilk dəfə "İlin gözəli" seçilib

İraqda bir ay ərzində 392 dinc sakin həlak olub (03 Mart 2017 21:13)
"Azərbaycan gözəli" titulunu bu qıza verdilər - FOTOLAR (20 Fevral 2017 11:48)

Tarix: 20 Dekabr 2015 09:51

İraqda 43 ildə ilk dəfə olaraq gözəllik müsabiqəsi keçirilib.

Axşam.az-ın APA-ya istinadən verdiyi məlumata görə, müsabiqənin nəticələrinə əsasən, 20 yaşlı Şalma Əbdülrəhman İraq gözəli seçilib. İraq “Kainat gözəli -2017” müsabiqəsində təmsil olmaq niyyətindədir və bu səbəbdən müsabiqə beynəlxalq meyarlara maksimal səviyyədə uyğunlaşdırılıb.

 Lakin, buna baxmayaraq, iştirakçıların səhnəyə çimərlik geyimində çıxışı yarışmanın proqramına daxil edilməyib.

 “Mən İraqın irəliyə doğru getməsinə çox şadam”, deyə müsabiqənin qalibi sevincini bölüşüb. Təşkilatçılar müsabiqəni oktyabrda keçirməyi planlaşdırıblar, lakin iştirakçıların ünvanına gələn təhdidlər səbəbindən tədbir təxirə salınmışdı.

 Qeyd edək ki, bundan əvvəl “İraq gözəli” müsabiqəsi sonuncu dəfə 1972-ci ildə keçirilib. O zaman müsabiqənin qalibi Vicdan Burhan əd-Din Süleyman seçilmişdir.


Teqlər:  İraqda 43 ildə ilk dəfə İlin gözəli seçilib



RƏYLƏR


Top xəbərlər