Türkiyədən Rusiyaya qarşı SANKSİYA

Türkiyədən Rusiyaya qarşı SANKSİYA
10:04 20 Dekabr 2015
57 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə və Avropa ölkələri öz hava məkanlarını Rusiyanın İŞİD mövqelərinə zərbələr endirən uzaq mənzili aviasiyasına bağlayıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Hərbi-Kosmik Qüvvələrinin uzaq mənzili aviasiyası komandanının müavini general-mayor Anatoli Konovalov bildirib.

 

Onun sözlərinə görə, bu səbəbdən pilotlar uçuşlarını Avropa hüdudlarından kənar  marşrutlar üzrə müəyyən etmək məcburiyyətində qalıblar.

 

“Oleneqorsk  bizim ən şimal nöqtədə yerləşən aerodromumuzdur. Bu bizə maksimum uzaq nöqtədə yanacaqdoldurmanı havada həyata keçirməyə imkan verir. Döyüş tapşırıqlarının digər marşrutlar üzrə yerinə yetirməsini istisna edən müəyyən məqamlar olub. Avropa buraxmayıb, Türkiyə də uçuşa icazə verməyib...”, deyə Konovalov bildirib.     

 

O qeyd edib ki, hətta bu cür şəraitə belə uzaq mənzili aviasiya sübut etdi ki, verilən tapşırıqları uğurla yerinə yetirməyə qadirdir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR