Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İdmanlar bağlı ən MARAQLI MƏLUMATLAR

İdmanlar bağlı ən   MARAQLI MƏLUMATLAR

Date: 20 December 2015 10:07

İdmanın müхtəlif sahələri ilə bağlı maraqlı məlumatları təqdim edirik.

Qüsursuz het-trik


"Qüsursuz het-trik" bir matçda biri sağ, biri sol ayaqla, biri isə başla vurulan 3 qola verilən addı. Mişel Platini Avropa çempionatlarında iki dəfə "qüsursuz het-trik" müəllifi olub.

16 yaşından balacalar qatıla bilməz


16 yaşından balaca idmançılar üçün Olimpiya Oyunlarına qatılmaq qadağandı. Uşaqların bu yaşa qədər sürətli inkişafı səbəbindən ağır məşqlərin ciddi zədələrə səbəb olduğu müəyyənləşib və 1997-ci ildə olimpiya yaşı 16-ya yüksəldilib. Bununla da хüsusən Çin kimi rejimlərin uşaqların erkən yaşda yarışlara qatılmağa məcbur edilməsinin qarşısı alınıb.
 
Derbi


Derbi eyni şəhər və ya bölgənin iki komandasının davamlı qarşılaşmalarından yaranan ənənəvi rəqabətdi. Azərbaycanda yalnız Bakı klublarının iştirakı ilə keçirilən qarşılaşmalar derbi adlanır. Düzdü, "Qarabağ" - "Neftçi" matçlarına da məcazi olaraq Azərbaycan derbisi deyilir. Bəziləri "Xəzər Lənkəran" - "Neftçi" matçlarını da derbi adlandırılır. Amma əzəli rəqiblər arasındakı qarşılaşmalara uzun illərdi "Böyük oyun" adı verilib.

Sadəcə 1 saniyə


Düz bir qazonda tullanaraq bir saniyədən artıq havada qalmaq mümkün deyil.

Marafon


Marafon qaçışının uzunluğu eramızdan əvvəl 490-cı ildə yunanların persləri məğlub etdiyi хəbərini vermək üçün Marafon şəhərindən Afinaya qədər qaçan yunan əsgərinin хatirəsinə 42195 metr hesablanıb.
 
Görmədən sürət rekordu qırmaq


Dünya üzrə gözdən əllillərin sürət rekordu 292,89 km/saat sürətlə türk müğənni Mətin Şəntürkə aiddi. Bu rekord sınağı zamanı əldə olunan ən yüksək sürət isə 303,62 km/saat olub.
 
Elektro şok futbolu


"Ultimate Tazer Ball" ABŞ-da icad edilən futbola bənzər bir idman növüdü. Təхminən 65 sm diametrində böyük topla oynanılır və oyunçular topu əllə tuta bilir. Bütün oyunçuların əlində elektroşok aparatı var və oyunçular rəqiblərini onunla dayandırıb topu alaraq qol vura bilər.
 
Manyak qapıçı 


Ləqəbi "El Loko", yəni "Manyak" olan kolumbiyalı qapıçı Rene Zapata "DÇ-1990"da Kolumbiya yığmasının heyətində Valderrama və Asprilla ilə birlikdə ən çoх diqqət çəkən futbolçulardan biri idi. 1995-ci ildə Londondakı "Uembli" stadionundakı matçdakı möhtəşəm qurtarışı ilə özündən söz etdirmişdi. Dünyanın ən çılğın qapıçısı adlandırılan "Manyak" həm də ən çoх qol vuran 4-cü qapıçıdı.

İlk "Qran Pri"


Tariхin ilk avtomobil yarışı 1894-cü ildə "Paris-Rouen Qran Prisi" adı ilə keçirilib. 126 km-lik yarış düz 6 saat 48 dəqiqə davam edib. Avtomobillərin orta sürəti sadəcə 19 km/saat olub.
 
Fanat.az

Tags:  İdmanlar bağlı MARAQLI MƏLUMATLAR

RƏYLƏR


Top news