Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda nazirliyin tabeliyində yeni qurum yaradıldı

Azərbaycanda nazirliyin tabeliyində yeni qurum yaradıldı

Date: 20 December 2015 10:09

Bu qurum özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərəcək

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılıb. Lent.az-ın məlumatına görə, bununla bağlı baş nazir Artur Rasizadə qərar qəbul edib.

 

Qərarda bildirilir ki, yeni yaradılan MMC əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqların inkişaf etdirilməsi məqsədi ilə fəaliyyət göstərəcək.

 

Qərarda deyilir:

1. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində payları dövlətə məxsus, özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu qərarın 1-ci hissəsi ilə yaradılmış “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetmə orqanının yaradılmasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.


Tags:  Azərbaycanda nazirliyin tabeliyində yeni qurum yaradıldı

RƏYLƏR


Top news